Kontentə keç

Lyudmila Ponomarenko

15 APREL 2021
RUSİYA

70 yaşlı Lyudmila Ponomarenkonun məhkəməsi davam edir

70 yaşlı Lyudmila Ponomarenkonun məhkəməsi davam edir

Qərarın elan ediləcəyi tarix

Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsi tezliklə Lyudmila Ponomarenkonun işi üzrə qərarını elan edəcək a.

Bacı barədə məlumat

Lyudmila Ponomarenko

  • Doğulduğu il: 1950 (Maqadan vilayəti, Ola qəsəbəsi)

  • Bioqrafiya. Pensiyaya çıxmazdan əvvəl zavodda elektromontajçı işləyib. İki qızı və iki nəvəsi var. Kitab oxumağı və milçə ilə toxumağı sevir. Ağır xəstə olan ərinə baxır.

  • Biləndə ki Yaradanın şəxsi adı var, heyrətə gəlmişdi. Allahın yer kürəsi və bəşəriyyət üçün niyyəti ürəyini riqqətə gətirmişdi. 1998-ci ildə Yehovanın Şahidi kimi vəftiz olundu.

Cinayət işi haqda məlumat

6 iyun 2019-cu il tarixində Lyudmila Ponomarenko barədə cinayət işi açıldı. Onu «ekstremist» təşkilata yığıncaq görüşlərini keçirməsi üçün məkan təqdim etməkdə və Müqəddəs Kitabın xoş xəbərini başqaları ilə bölüşməkdə ittiham etdilər.

Lyudmila gözləmirdi ki, Rusiyada bacı-qardaşların üzləşdiyi təqiblər ondan yan keçəcək. Bacı deyir: «Onlar Moskva və Taqanroq şəhərlərindəki bacı-qardaşları təqib etməyə başlayanda aydın oldu ki, gec-tez hər birimiz təqiblərlə üzləşəcəyik».

COVID-19 pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətlər ucbatından digər Şahidlər dəstək olmaq üçün məhkəmə iclaslarında iştirak edə bilmir. Bu vəziyyət haqda Lyudmila deyir: «Məhkəmə zamanı tək olacağıma görə narahat olur və həyəcan keçirirdim. Ona görə də məhkəməyə yollanarkən nəğmələrimizi zümzümə etməyi və Yehovaya dua etməyi vərdiş etmişəm. Fikir vermişəm ki, bu mənə çoxlu güc verir, məhkəmə iclası bir göz qırpımında keçir və mən qətiyyən narahatçılıq hiss etmirəm».

Görün bu, Lyudmilanın dininə şərik olmayan ərinə və iki qızına necə təsir edir. Bacı deyir: «Doğmalarım başa düşmürdü məni nəyə görə məhkəmə qarşısına çıxarıblar. Onlar mənə görə narahat olurdu, çünki bunun mənim üçün nə qədər çətin olduğunu görürdülər… Çox keçməmiş onlar baş verənlərin gülünc olduğunu başa düşdülər və mənə dəstək olmağa başladılar».

Təqiblər bacını xidmətdən soyutmadı. O deyir: «Ürəyim sevincdən aşıb-daşır, çünki nə indi baş verənlərdən, nə də peyğəmbərliklərə əsasən, gələcəkdə baş verəcək hadisələrdən qorxmamalıyam. Yehova ilə münasibətlərim günü-gündən möhkəmlənir. Dualarım daha məzmunlu, daha uzun və daha səmimi olub».

Biz bilirik ki, Yehova Onun «pənahında yaşayan» Lyudmila bacıya bundan sonra da Öz müqəddəs ruhundan verəcək və xeyir-dualandıracaq (Zəbur 91:1).

a Tarix həmişə qabaqcadan məlum olmur.