30 APREL 2021
RUSİYA
73 yaşlı əlil bacı məhkəmənin qərarını gözləyir
YENİLƏNİB | Şut Lyudmila bacının apelyasiya şikayəti təmin edilmədi
25 avqust 2021-ci il tarixində Primorsk Vilayət Məhkəməsi Şut Lyudmila bacının apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Bacı həbsə alınmayacaq.
19 may 2021-ci il tarixində Nadejdinski Rayon Məhkəməsi (Primorsk vilayəti) 73 yaşlı Şut Lyudmila bacımızı dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacı barədə məlumat
Lyudmila Şut
Doğulduğu il: 1947 (Saxalin adası, Makarov şəhəri)
Bioqrafiya. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı 2000-ci illərin əvvəlində öyrənməyə başladı. Müqəddəs Kitab peyğəmbərlikləri onu heyran etdi. 2003-cü ildə vəftiz olundu. Həmin il həyat yoldaşı vəfat etdi. Üç övladı və üç nəvəsi var. Xroniki xəstəliyi ucbatından başqalarının köməyi olmadan hərəkət edə bilmir.
Cinayət işi haqda məlumat
2017-ci ilin noyabr ayında hüquq-mühafizə orqanları Razdolnoye kəndində yaşayan Yehovanın Şahidlərini gizlicə videoya çəkməyə başladı. 2020-ci ilin fevral ayında Lyudmila bacı barədə cinayət işi açıldı. Yaşlı və əlil olmasına baxmayaraq, ondan başqa yerə getməmək barədə iltizam götürüldü.
İstintaq Lyudmilanın fiziki və emosional vəziyyətini daha da ağırlaşdırıb. Görmə qabiliyyəti o qədər pisləşib ki, ona əməliyyat lazımdır və o, yuxusuzluqdan əziyyət çəkir. Lyudmila əmindir ki, Yehovaya tam güvəndiyi üçün O onu qoruyur. Əşiya 26:3 ayəsində vəd etdiyi kimi, Yehova ona «tükənməz sülh» bəxş edir.
Bacı-qardaşlar ona məhəbbətlə dəstək olurlar. Dindaşlarının onun üçün dua etmələrini Lyudmila xüsusilə qiymətləndirir. O deyir: «Bunu heç vaxt unutmayacağam».
Onun oğlu və kiçik qızı Yehovanın Şahidi olmasa da, bu çətin anlarda analarına dəstək olurlar.
Dua edirik ki, Lyudmila bacı «Allahın verdiyi gücə güvənərək» bu sınaqların öhdəsindən layiqincə gəlsin (2 Timutiyə 1:8).