Kontentə keç

Valentina Suvorova həyat yoldaşı Vladimir ilə

9 MART 2021
RUSİYA

73 yaşlı Valentina Suvorovanın işi üzrə qərar elan ediləcək

73 yaşlı Valentina Suvorovanın işi üzrə qərar elan ediləcək

Qərarın elan ediləcəyi tarix

Çelyabinsk şəhərinin Metallurqiçeski Rayon Məhkəməsində tezliklə bacımız Valentina Suvorovanın işi üzrə qərar elan ediləcək a. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Bacı barədə məlumat

Valentina Suvorova

  • Doğulduğu il: 1948 (Kurqan vilayəti, Sorovskoye kəndi)

  • Bioqrafiya. 30 ildən çox Çelyabinskdə musiqi məktəbində işləyib. İndi pensiyadadır. Bağbançılığı, rəqs etməyi və musiqiyə qulaq asmağı sevir.

    1973-cü ildə Vladimir ilə ailə həyatı qurdu. Onların oğlu İqor bir neçə il bundan əvvəl xərçəng xəstəliyindən vəfat edib. Tezəlikcə isə anası və bacısı vəfat etdi.

Cinayət işi haqda məlumat

26 mart 2019-cu il tarixində ağır silahlanmış hüquq-mühafizə orqanlarının əməkdaşları Çelyabinsk və Yemanjelinsk şəhərlərində bacı-qardaşlarımızın yaşadığı 20-dən çox evdə axtarış apardı. Uzun çəkən istintaqdan sonra 5 dekabr 2019-cu il tarixində hal-hazırda 73 yaşı olan Valentinaya qarşı ittiham irəli sürüldü. Onu Müqəddəs Kitabı oxumaqda və imanını başqaları ilə bölüşməkdə ittiham etdilər. Valentinadan başqa yerə getməmək barədə iltizam götürülüb. Onun həyat yoldaşı Vladimir də imanına görə cinayət törətməkdə ittiham edilir.

Avtomatlarla silahlanmış adamlar onlar yatarkən evə basqın etmişdilər. Bacı deyir: «Biz nə normal paltar geyinə, nə üz-gözümüzü yuya, nə də saçlarımızı daraya bildik. Onlar hər şeyi alt-üst etdilər, hər dəliyi, hər küncü, hər dolabı, mürcünü, pul kisəsini və bütün cibləri axtardılar... Onlar həm də bütün qazanları açıb içinə baxdılar, pərdələri, çarpayını — ümumiyyətlə hər şeyi yoxladılar».

Yaşlı və zəif olduğuna görə Valentina axtarışın onun səhhətinə pis təsir edəcəyindən narahat idi.

Valentina deyir ki, müntəzəm şəxsi mütaliyə onun üçün bir lövbər kimidir: «Gündəlik ayəni oxumaq, oxuduqlarımın üzərində düşünüb tətbiq etmək mənə çətinliklərin öhdəsindən gəlməyə kömək edir».

Valentina həmçinin deyir ki, stresin öhdəsindən gəlməyə ona yığıncaqlara hazırlaşmaq, onlarda iştirak etmək, şəxsi mütaliə və ailəvi ibadət də çox kömək edir. O deyir: «Hər yığıncaq görüşündə nəsə öyrənib tətbiq edirəm». Dua etmək də bacıya qəlb rahatlığı verir: «Allaha həmişə minnətdarlığımı bildirirəm».

Valentina özünə və başqalarına həmişə xatırladır: «Heç nədən qorxmayın, imanda möhkəm və mətin olun, Mətta 6:33 və 2 Korinflilərə 1:3, 4 ayələrində deyilənləri unutmayın».

Valentinanın, Vladimirin və Rusiyadakı digər bacı-qardaşlarımızın nümunəsi Zəbur 64:10 ayəsində yazılanların doğruluğunu sübut edir: «Saleh insanın sevinci Yehova olacaq, Ona sığınacaq, ürəyidüz adamlar Onunla fəxr edəcək».

a Qərarın tarixini həmişə qabaqcadan bilmək olmur.