Kontentə keç

Şərti həbs cəzasına məhkum olunmuş 80-dən çox dindaşımızdan üçü

14 OKTYABR 2021
RUSİYA

80-dən çox Yehovanın Şahidi şərti həbs cəzasına məhkum edilib. Bu onlar üçün nə deməkdir?

80-dən çox Yehovanın Şahidi şərti həbs cəzasına məhkum edilib. Bu onlar üçün nə deməkdir?

Rusiyada 2017-ci ilin aprel ayında Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunandan bəri 500-dən çox bacı-qardaş tutularaq ekstremist fəaliyyətdə ittiham olunub. Onlardan 40 nəfəri həbsə məhkum edilib, 15-i cərimələnib, 80 nəfərdən çoxu isə şərti həbs cəzasına məhkum edilib. Şərti həbs cəzasına məhkum edilənlər hal-hazırda həbsxanada olmasalar da, bu qərarlar ədalətsizdir və real nəticələrə səbəb olur.

Rusiyanın Cinayət Məcəlləsinə əsasən, hakim həbs cəzası əvəzinə şərti həbs cəzası təyin edə bilər. Əgər hakim şərti həbs cəzası təyin edərsə, o zaman o, sınaq müddəti və müəyyən məhdudiyyətlər və şərtlər də qoyur. Əgər məhkum olunan şəxs pozuntuya yol verərsə, məhkəmə şərti həbs cəzasını eyni müddətli həbs cəzası ilə əvəz edə bilər.

Şərti həbs cəzası ilə yaşamaq nə deməkdir? Yehova belə vəziyyətlə üzləşmiş bacı-qardaşlarımıza necə kömək edir? Biz iki ildən altı ilədək şərti həbs cəzasına məhkum edilmiş bəzi bacı-qardaşlarımızdan müsahibə götürdük. Onlar üzləşdikləri çətinliklər və Yehovanın bu çətinliklərin öhdəsindən gəlməyə onlara necə kömək etdiyindən danışdılar.

İndi biz şərti həbs cəzasına məhkum edilmiş dindaşlarımızın hansı çətinliklərlə üzləşdiklərini bilirik. Gəlin onlar və onların ailə üzləri haqda dua etməyi unutmayaq. Gördüyümüz kimi, Yehova bu kimi dualara cavab verir və hər cür sınaqlarla üzləşən xidmətçilərinə dayaq olur (2 Korinflilərə 1:3, 4).