28 OKTYABR 2021
RUSİYA
80 yaşlı müəllim Müqəddəs Kitab mövzularında söhbətlərinə görə məhkəmə qarşısına çıxarılıb
YENİLƏNİB | Yelena Savelyevanın apelyasiya şikayəti təmin edilmədi
14 fevral 2022-ci il tarixində Tomsk Vilayət Məhkəməsi Yelena Savelyevanın apelyasiya şikayətini təmin etmədi. Bacı həbsə salınmayacaq.
Hadisələrin gedişatı
17 noyabr 2021-ci il
Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Yelena Savelyevanı dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi. Prokuror məhkəmədən 80 yaşlı Yelenanı 500 000 rubl (7198 ABŞ dolları) məbləğində cərimə etməyi xahiş etmişdi.
22 iyul 2021-ci il
İlk məhkəmə iclası keçirildi.
25 mart 2021-ci il
Yelena barədə cinayət işi açıldı. Onu başqalarını ekstremist təşkilatın fəaliyyətinə cəlb etməkdə ittiham etdilər (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282.2 maddəsi).
Cinayət işinin açılması üçün əsas Yelenanın Müqəddəs Kitab təlimlərini bölüşdüyü iki qadının ifadələri oldu. Qadınlardan biri FTX-nın, digəri isə Rusiya Milli Qvardiyasının əməkdaşıdır. Özlərini Müqəddəs Kitaba maraq göstərən insanlar kimi qələmə verərək bu qadınlar Yelena ilə söhbətlərini yazıya almışdılar, sonra onun və dindaşları barəsində məlumatları hüquq-mühafizə orqanlarının əməkdaşlarına ötürmüşdülər.
Bacı barədə məlumat
Sınaqlara rəğmən Yelenanın Yehovaya sadiq qalmaq əzmi bizi də ruhlandırır. Biz əminik ki, Yehova müjdəyə gətirdikləri iman uğrunda çiyin-çiyinə mübarizə aparan, əleyhdarlarından əsla qorxmayan xidmətçilərinin nələr çəkdiyini görür (Filippililərə 1:27, 28).