Kontentə keç

Vitali Omelçenko

5 OKTYABR 2021
RUSİYA

Aldığı məsləhət Vitali Omelçenkoya təqiblərə dözməyə kömək edir | YENİLƏNİB

Aldığı məsləhət Vitali Omelçenkoya təqiblərə dözməyə kömək edir | YENİLƏNİB

22 sentyabr 2022-ci il tarixində Murmansk Şəhərinin Oktyabrski Rayon Məhkəməsi Vitali Omelçenkonu məhkum edib. O, 580 000 rubl (9526 ABŞ dolları) məbləğində cərimə olunub.

Hadisələrin gedişatı

  1. 29 yanvar 2021-ci il

    Vitali barədə cinayət işinin materialları məhkəməyə göndərildi.

  2. 20 yanvar 2020-ci il

    Hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutub sorğu-sual etdilər, iki gün saxlayıb buraxdılar. Ona işin digər iştirakçıları ilə ünsiyyət etmək və internetdən istifadə etmək qadağandır.

  3. 23 dekabr 2019-cu il

    Murmansk Şəhər İstintaq Şöbəsi Vitali barədə cinayət işi açdı. O öz evində Yehovanın Şahidlərinin dininə etiqad etməkdə ittiham edilir.

Qardaş barədə məlumat

Vitali qardaş Müqəddəs Kitabdan aldığı nəsihət və təsəlli sayəsində mətin durur və bununla bizim üçün gözəl nümunə qoyur (Romalılara 15:4).