Kontentə keç

10 FEVRAL 2021
RUSİYA

Aleksandr İvşinə 2017-ci ildən bəri ən sərt cəza təyin edilib

Aleksandr İvşinə 2017-ci ildən bəri ən sərt cəza təyin edilib

10 fevral 2021-ci il tarixində Rusiyanın Krasnodar Vilayətinin Abinski Rayon Məhkəməsinin qərarı ilə 63 yaşlı qardaşımız Aleksandr İvşin yeddi il yarım müddətinə həbsə məhkum edilib. Bu, 2017-ci ildə Rusiyada Yehovanın Şahidləri təşkilatının qadağan edilməsindən sonra təyin edilən ən uzunmüddətli həbs cəzasıdır.

Aleksandr qardaş barədə cinayət işi 23 aprel 2020-ci il tarixində açılıb. O, videokonfrans vasitəsilə dini mərasimləri təşkil etməkdə və həmd nəğmələrini oxumaqda ittiham edilib. Məhkəmədə son sözü ilə çıxış edərkən o, imanının Müqəddəs Kitaba əsaslandığını ətraflı izah etdi və dedi: «Möhtərəm hakim, mənim mövqeyim zərrə qədər də ekstremizmin və nifrətin olmadığı Müqəddəs Kitab prinsiplərinə əsaslanır».