Kontentə keç

Aleksandr Şerbina

6 APREL 2021
RUSİYA

Aleksandr Şerbina üç il müddətinə həbsə məhkum edildi

Aleksandr Şerbina üç il müddətinə həbsə məhkum edildi

YENİLƏNİB | Aleksandr Şerbina qardaşın həbs cəzasının müddəti azaldıldı

24 iyun 2021-ci il tarixində Krasnodar Vilayət Məhkəməsi Aleksandr Şerbina barəsində çıxarılmış hökmü dəyişməz saxladı, lakin ona təyin edilmiş həbs cəzasının müddətini üç ildən iki ilədək azaltdı.

Hökm

6 aprel 2021-ci il tarixində Krasnodar vilayətinin Abinski Rayon Məhkəməsi Aleksandr Şerbina qardaşı üç il müddətinə həbsə məhkum etdi. O, məhkəmə zalında həbs edildi. Aleksandr hökmdən apelyasiya şikayəti verəcək.

Qardaş barədə məlumat

Aleksandr Şerbina

  • Doğulduğu il: 1976 (Krasnodar vilayəti, Xolmskaya stanitsası)

  • Bioqrafiya. Valideynləri vəfat edib. Traktorçu, mexanik və tikinti sahəsində işləyib.

  • Uşaqlıqda basketbol və futbol oynamağı sevirdi. Təxminən 20 yaşında Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. Yerinə yetmiş peyğəmbərliklər haqda öyrəndikdən sonra Müqəddəs Kitabın etibarlı olduğuna əmin oldu. 1999-cu ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

Aleksandr qardaşın evi iki dəfə axtarılıb: 2020-ci ilin aprel və dekabr aylarında. Hər dəfə onu sorğu-sual edir, elektron cihazlarını və Müqəddəs Kitablarını müsadirə edirdilər.

Cinayət işi üzrə araşdırma Abinski Rayon Məhkəməsində 17 mart 2021-ci il tarixində başladı. Həmin məhkəmədə digər dindaşlarımızın işləri kimi, onun işinin də araşdırılması çox çəkmədi.

Aleksandr məhkəmədə cəsarətlə dedi: «Mən, mahiyyət etibarilə, Allaha iman etməkdə və Yehovanın Şahidi olaraq qalmaqda, başqa sözlə, Rusiya Federasiyasının Konstitusiyasının 28-ci maddəsində zəmanət verilən hüququmdan istifadə etməkdə ittiham edilirəm. Dini əqidəm Müqəddəs Kitaba əsaslanıb, bu isə ekstremizmin tam əksidir».

Bizə gözəl nümunə olan Rusiyadakı bu cəsarətli və imanlı bacı-qardaşlarımıza görə Yehovaya ürəkdən minnətdarıq. Biz əminik ki, «Allahın iradəsini» dözümlə icra etdiklərinə görə Yehova onları bol-bol mükafatlandıracaq (İbranilərə 10:36).