28 FEVRAL 2023
RUSİYA
Aleksandr Şerbina azadlığa buraxılıb
22 fevral 2023-cü il tarixində Aleksandr Şerbina Rostov-Don şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. O, 79 gün istintaq təcridxanasında, 609 gün isə cəzaçəkmə müəssisəsində həbsdə qalıb. Qardaş ümumilikdə təxminən 2 il azadlıqdan məhrum olub.
Aleksandr işi üzrə məhkəmə icraatı bitməzdən bir qədər əvvəl Mərdəhayın nümunəsinin ona necə kömək etdiyi barədə danışmışdı. O demişdi: «Mərdəhay ona düşmən kəsilmiş Həmandan qorxmurdu. Onun üçün ən önəmli olan istənilən vəziyyətdə Yehovaya sadiq qalmaq idi. Mərdəhayın nümunəsi üzərində düşünmək mənə cəsarətli qalmağa kömək etdi».
Aleksandra qoyduğu gözəl nümunəyə görə çox minnətdarıq. Sevinirik ki, o, dostlarına, ailəsinə qovuşacaq və Yehovanın köməyilə «iman yolunda dəyanətli» qalacaq (1 Korinflilərə 16:13).