Kontentə keç

Aleksandr Şutov

12 SENTYABR 2022 | YENİLƏNİB: 13 İYUN 2023
RUSİYA

Aleksandr Şutov Yehovaya arxalanır | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

Aleksandr Şutov Yehovaya arxalanır | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

9 iyun 2023-cü il tarixində Xabarovsk Vilayətinin Lazo Rayon Məhkəməsi Aleksandr Şutovu təqsirli bilərək iki il beş ay müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsxanaya salınmayacaq.

Hadisələrin gedişatı

  1. 26 iyul 2021-ci il

    Cinayət işi açıldı.

  2. 30 iyul 2021-ci il

    Evində axtarış aparıldı. Aleksandr tutuldu, sorğu-sual edildi və başqa yerə getməməklə bağlı iltizam alınıb sərbəst buraxıldı.

  3. 3 avqust 2021-ci il

    Adı ekstremistlərin siyahısına salındı.

  4. 28 aprel 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaş barədə məlumat

Gəlin hər birimiz indidən imanımızı möhkəmləndirək ki, təqiblər zamanı «əbədiyyən Allahın məhəbbətinə» güvənə bilək (Zəbur 52:8).