Kontentə keç

Qalina həbsdən çıxan yoldaşı Aleksandr Parkovu qarşılayır

13 AVQUST 2024
RUSİYA

Aleksandr Parkov Rusiyada həbsdən azad edildi

Aleksandr Parkov Rusiyada həbsdən azad edildi

9 avqust 2024-cü il tarixində Aleksandr Parkov həbsdən azad olundu. 29 iyul 2021-ci il tarixində qardaş altı il yarım müddətinə həbsə məhkum edilmişdi. Qardaş məhkum olunana qədər həbsdə qaldığı müddətə görə indi onun cəzası tamamlanmış sayılır.

Aleksandr və yoldaşı Qalina Parkova beş il bir-birindən ayrı qalmalı olmuşdular. Həmin vaxt ərzində Qalina barəsində ayrı cinayət işi açılmış və o, iki il üç ay müddətinə şərti həbs cəzasına məhkum edilmişdi. Üstəlik, açılan cinayət işinə görə bacı işini itirmişdi.

Həbsdə olduğu müddətdə Aleksandr qardaşa arvadı ilə telefon və məktub vasitəsilə ünsiyyət etməyə icazə verilmişdi. Qalina yadına salır ki, bu çətinliyə dözmək üçün əri onu ruhlandırırdı. O deyir: «O mənə tez-tez xatırladırdı ki, Yehova bizimlədirsə, qorxmağa səbəbimiz yoxdur».

Əminik ki, onlar birlikdə Yehovaya ibadət etdiyi müddətdə Yehova onlara bol nemətlər bəxş edəcək. Bizlər isə əqidəsinə görə həbsdə olanlar üçün dua etməyə davam edəcəyik (1 Butrus 4:7).