Kontentə keç

Soldan sağa: Aleksandr Pryanikov, Venera Dulova və Darya Dulova

27 YANVAR 2020 | YENİLƏNİB: 9 FEVRAL 2024
RUSİYA

Aleksandr Pryanikova, Venera və Darya Dulovalara ittiham hökmü çıxarılıb | YENİLƏNİB. APELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Aleksandr Pryanikova, Venera və Darya Dulovalara ittiham hökmü çıxarılıb | YENİLƏNİB. APELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

8 fevral 2024-cü il tarixində Rusiya Federasiyasının Ali Məhkəməsi Aleksandr Pryanikov, Venera Dulova və onun qızı Darya Dulova barəsində apelyasiya şikayətini təmin etmədi. Onlara verilən şərti həbs cəzası qüvvəyə minəcək. Bu dəfə onlar həbsə salınmayacaqlar. Bacımız Darya Dulovanın işinə xitam verildi, çünki iddia olunan qanun pozuntusu zamanı onun yaşı 18-dən aşağı idi və törədilən əməlin azyaşlılarla bağlı müddəti keçib.

14 mart 2023-cü il tarixində Rusiya Federasiyasının Ali Məhkəməsi Aleksandr Pryanikov, Venera Dulova və onun qızı Darya Dulova barəsində bəraət hökmünü ləğv edib. İndi onların işi yenidən apelyasiya məhkəməsinə qaytarılacaq.

15 mart 2022-ci il tarixində Sverdlovsk Vilayət Məhkəməsi Aleksandr Pryanikov, Venera Dulova və onun qızı Darya Dulova barədə çıxarılmış ittiham hökmünü ləğv etdi. Amma onların hər biri barədə başqa cinayət işi üzrə hələ də araşdırma gedir.

27 yanvar 2020-ci il tarixində Karpinsk Şəhər Məhkəməsi Aleksandrı iki il yarım, Veneranı iki il, Daryanı isə bir il müddətinə şərti həbs cəzasına məhkum etdi. Onlar həbsxanaya göndərilməsə də, sınaq müddətində olacaqlar. Onlar hökmdən şikayət verəcək.