Kontentə keç

Solda: Aleksandr Skvortsov. Sağda: Valeri Tibiy

27 İYUN 2023
RUSİYA

Aleksandr Skvortsov və Valeri Tibiy məhkum edildi

Aleksandr Skvortsov və Valeri Tibiy məhkum edildi

20 iyun 2023-cü il tarixində Rostov Vilayətinin Taqanroq Şəhər Məhkəməsi qardaşlarımız Aleksandr Skvortsov və Valeri Tibiyi təqsirli bildi. Aleksandr yeddi il müddətinə həbsə məhkum edildi. O, 7 dekabr 2021-ci il tarixindən həbsxanada idi və məhbusluq müddəti bitənədək həbsdə qalacaq. Valeriyə isə altı il müddətinə şərti həbs cəzası təyin olundu. O, 18 may 2022-ci il tarixindən həbsdə idi. Qərardan sonra Valeri azad edildi.

Qardaşlar barədə məlumat

Məhəbbətinə, verdiyi göstərişlərə görə Yehovaya minnətdarıq. Bunların sayəsində qarşımıza çıxan istənilən sınaqlara dözə bilirik (Zəbur 5:12).

Hadisələrin gedişatı

  1. 20 mart 2021-ci il

    Skvortsovların evində axtarış aparılır

  2. 7 dekabr 2021-ci il

    Taqanroqda Yehovanın Şahidlərinin yaşadığı 29 evdə axtarış aparılan zaman Skvortsovların evində ikinci dəfə axtarış aparılır. Aleksandr qardaşa qarşı ittiham irəli sürülür və o, müvəqqəti saxlama kamerasına salınır

  3. 8 dekabr 2021-ci il

    Aleksandr məhkəməyədək həbsə salınır

  4. 29 mart 2022-ci il

    Valeriyə qarşı cinayət işi açılır

  5. 31 mart 2022-ci il

    Müstəntiqlər Aleksandr və Valerinin cinayət işlərini birləşdirir

  6. 18 may 2022-ci il

    Valeri həbs olunur və istintaq təcridxanasına salınır

  7. 26 may 2022-ci il

    Valeri məhkəməyədək həbsə salınır

  8. 6 dekabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başlayır

  9. 20 iyun 2023-cü il

    Aleksandr yeddi il həbsə, Valeri isə altı il şərti həbs cəzasına məhkum edilir

a b Bu məqalə hazırlanan zaman Aleksandr və Valeri təcridxanada olduqları üçün onlardan müsahibə götürmək mümkün olmayıb.