Kontentə keç

Aleksey Budençuk oğlu Yeqor, qızı Sofiya və yoldaşı Tatyana ilə

7 İYUL 2021
RUSİYA

Aleksey Budençuk həbsdən azad edildi

Aleksey Budençuk həbsdən azad edildi

6 iyul 2021-ci il tarixində Aleksey Budençuk cəza müddətini tam bitirdikdən sonra Orenburqdakı həbsxanadan azad edildi. O, 2019-cu ilin sentyabr ayında Saratov şəhərində həbs edilən altı qardaşdan biridir. Həmin qardaşlardan üçü hələ də həbsxanadadır. Alekseyi 800 kilometr uzaqlıqda yaşayan ailəsi və dostları qarşılamağa gəlmişdi. İndi o, ailəsi ilə birgə Saratov şəhərindəki evinə qayıda biləcək.