Kontentə keç

Aleksey Smelov

3 FEVRAL 2022
RUSİYA

Aleksey Smelov dözmək üçün gücü Yehovadan alır | YENİLƏNİB. ŞİKAYƏT TƏMİN OLUNMADI

Aleksey Smelov dözmək üçün gücü Yehovadan alır | YENİLƏNİB. ŞİKAYƏT TƏMİN OLUNMADI

27 sentyabr 2022-ci il tarixində Kareliya Respublikasının Ali Məhkəməsi Aleksey Smelovun şikayətini təmin etməyib. Onun cərimə olunması barədə qərar artıq qüvvəyə minib.

21 aprel 2022-ci il tarixində Kareliya Respublikasının Kondopoqa Şəhər Məhkəməsi Aleksey qardaşı məhkum edib. Ona 400 000 rubl (5012 ABŞ dolları) məbləğində cərimə olunub.

Hadisələrin gedişatı

  1. 23 iyul 2019-cu il

    Aleksey barədə cinayət işi açıldı. Onu qadağan edilmiş dini təşkilata başçılıq etməkdə, onun görüşlərini təşkil etməkdə və «təbliğat işi» ilə məşğul olmaqda şübhəli bildilər.

  2. 31 iyul 2019-cu il

    Kondopoqa və Petrozavodsk şəhərlərində FTX əməkdaşları Yehovanın Şahidlərinin yaşadığı 15 evə və onların iş yerlərinə reyd keçirdi. Özlərini çilingər-santexnik kimi təqdim edən zabitlər Smelovlar ailəsinin yaşadığı evə daxil olub axtarış apardılar. Alekseyi və onun həyat yoldaşı İrinanı FTX-nın yerli idarəsinə aparıb sorğu-sual etdilər. Sonra Alekseyi FTX-nın Petrozavodsk şəhərində yerləşən baş idarəsinə apardılar. Təxminən 23:30-da ondan başqa yerə getməmək barədə iltizam götürüb buraxdılar.

  3. 7 avqust 2019-cu il

    Aleksey Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282.2 maddəsinin 1-ci bəndi ilə ittiham edildi.

  4. 9 aprel 2020-ci il

    COVID-19 pandemiyasına görə istintaq təxirə salındı.

  5. 8 iyun 2020-ci il

    İstintaq yenidən başladı.

Qardaş barədə məlumat

Aleksey kimi, biz də əminik ki, Yehova təqiblərlə üzləşən bütün bacı-qardaşların rifahı üçün gücünü göstərməyə davam edəcək (2 Salnamələr 16:9).