26 OKTYABR 2022 | YENİLƏNİB: 22 NOYABR 2022
RUSİYA
«Allahın köməyi ilə hər şeyə dözə bilərəm» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU
21 noyabr 2022-ci il tarixində Çelyabinsk Vilayətinin Aşa Şəhər Məhkəməsi qardaşımız Andrey Perminovu təqsirli bilərək altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.
Hadisələrin gedişatı
11 iyun 2021-ci il
Aşa və Minyar şəhərlərində Andrey qardaşın da evi daxil olmaqla, Yehovanın Şahidi olan beş ailənin evində axtarış aparılıb. Onların çoxlu şəxsi əşyası müsadirə olunub.
10 noyabr 2021-ci il
Ondan başqa yerə getməmək barədə iltizam götürüldü.
27 aprel 2022-ci il
Ekstremist təşkilata mənsub olmaqda təqsirli bilindi və adı terroristlər siyahısına daxil edildi.
6 iyun 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.
Qardaş barədə məlumat
Yehovanın keçmişdəki xidmətçilərinə dayaq olması Andrey qardaş kimi, bizə də cəsarət verə bilər. Yehova deyib: «Həmişə etdiyim kimi, sizi gəzdirəcəyəm, sizi daşıyacağam, sizi xilas edəcəyəm» (Əşiya 46:4). Biz Onun verdiyi sözə şəkk-şübhə etmirik.