21 DEKABR 2021| YENİLƏNİB: 24 YANVAR 2024
RUSİYA
Allahın sadiq xidmətçilərinin nümunəsi və dua Yelena Mençikovaya güc verir | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU
23 yanvar 2024-cü il tarixində Qaraçay-Çərkəz Respublikasının Çerkessk Şəhər Məhkəməsi Yelena Mençikovanı dörd il altı ay müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.
5 dekabr 2022-ci il Beşinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Yelena Mençikovaya çıxarılan hökmü ləğv etdi. Onun işinə yenidən baxılacaq.
Hadisələrin gedişatı
15 dekabr 2021-ci il
Qaraçay-Çərkəz Respublikasının Çerkessk Şəhər Məhkəməsi Yelenanı beş il müddətinə şərti həbs cəzasına məhkum etdi.
9 iyun 2021-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
9 mart 2021-ci il
Müstəntiq bacıya qarşı əlavə ittiham irəli sürdü. Belə ki, onu başqalarını ekstremist təşkilatın fəaliyyətinə cəlb etmək məqsədilə «cinayət planı hazırlamaqda» ittiham etdilər.
10 fevral 2021-ci il
Müstəntiq Yelenanın cinayət işinə xitam verilməsi barədə vəsatətini rədd etdi. O bunu bacının öz əməllərini izah edərkən Müqəddəs Kitabdan sitatlar gətirdiyi ilə əsaslandırdı. Müstəntiqin fikrinə görə, məhz Müqəddəs Kitab ayələrindən istifadə etməsi əməlinin «cinayət xarakterli» olduğunu sübut edir.
13 noyabr 2020-ci il
Nəğmələr oxuduğuna və Yehovaya dua etdiyinə görə bacı barədə cinayət işi açıldı.
12 noyabr 2020-ci il
Yelenanın evində ikinci dəfə axtarış keçirildi.
16 dekabr 2019-cu il
FTX əməkdaşları, Yelenanın da evi daxil olmaqla, Çerkessk şəhərində Yehovanın Şahidlərinin yaşadığı on evdə axtarış apardılar.
Bacı barədə məlumat
Dua edirik ki, Yehova bundan sonra da sınaqlarla üzləşən Yelenaya və başqa sadiq xidmətçilərinə güc və təsəlli versin (Zəbur 119:49, 50).