8 OKTYABR 2020
RUSİYA
Altı Yehovanın Şahidi şərti olaraq məhkum edildi
8 oktyabr 2020-ci il tarixində Ulyanovsk şəhərinin Zasviyajski Rayon Məhkəməsi Aleksandr Qanin, Xoren Xaçikyan, Andrey Tabakov, Mixail Zelenski, eləcə də Sergey Mısin və onun həyat yoldaşı Natalyanı məhkum etdi. Onlar iki il yarımdan dörd ilədək şərti həbs cəzasına məhkum edildi. Bu o deməkdir ki, bu dəfə onlar həbsə salınmayacaq.