29 YANVAR 2021
RUSİYA
Altı Yehovanın Şahidinin apellyasiya şikayəti rədd edildi
29 yanvar 2021-ci il tarixində Ulyanovsk Vilayət Məhkəməsi Aleksandr Qanin, Xoren Xaçikyan, Andrey Tabakov, Mixail Zelenski, eləcə də Sergey Mısin və onun həyat yoldaşı Natalya barədə 2020-ci ilin oktyabr ayında çıxarılmış hökmü dəyişməz saxladı. Sergeydən başqa, digərlərinə təyin edilmiş şərti həbs cəzasının müddəti eyni qalıb. Belə ki, məhkəmə Sergey qardaşın şərti həbs cəzasının müddətini dörd ildən dörd il altı ayadək uzatdı. Cəza şərti olduğu üçün onlardan heç biri həbsxanaya getməyəcək.