Kontentə keç

Anatoli Vilitkeviç həyat yoldaşı Alyona ilə

7 APREL 2021
RUSİYA

Anatoli Vilitkeviç cəsarətlə məhkəmənin qərarını gözləyir

Anatoli Vilitkeviç cəsarətlə məhkəmənin qərarını gözləyir

YENİLƏNİB | Anatoli Vilitkeviçin apelyasiya şikayəti təmin edilmədi

16 dekabr 2021-ci il tarixində Başqırdıstan Respublikasının Ali Məhkəməsi Anatoli Vilitkeviçin apelyasiya şikayətini təmin etmədi. Aşağı instansiya məhkəməsinin qərarı dəyişməz saxlanıldı. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

27 sentyabr 2021-ci il tarixində Ufa Şəhərinin Leninski Rayon Məhkəməsi Anatolini iki il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaş barədə məlumat

Anatoli Vilitkeviç

  • Doğulduğu il: 1986 (Xabarovsk vilayəti)

  • Bioqrafiya. Tikinti sahəsində işləyir. 2008-ci ildə Alyona ilə evlənib. Kempinqi və təbiət qoynunda uzun gəzintiləri sevirlər.

    Uşaqlıqdan valideynləri ona Yaradana sevgi aşılayıblar. Ən çox insanlarla heyvanlar arasında sülhün olacağı vədinin gerçəkləşməsini gözləyir. 1997-ci ildə 11 yaşında vəftiz olunub.

Cinayət işi haqda məlumat

8 avqust 2018-ci il tarixində Rusiyanın hakimiyyət orqanları Anatolinin adını terrorizmdə şübhəli bilinən şəxslərin siyahısına saldı. Dennis Kristensen kimi, Anatoli də 2017-ci ilin aprel ayında Rusiyada təşkilatımız qadağan ediləndən sonra azadlıqdan məhrum edilmiş ilk dindaşlarımızdandır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Anatoli ilə Alyonanın mənzilində gizli kameralar quraşdırmışdılar. Anatolinin Müqəddəs Kitabı dostları ilə müzakirəsi kameralara düşdü. Və indi onu «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edirlər.

Polislər Anatolini aparanda onlardan biri kinayə ilə Alyonaya dedi: «Özünə təzə ər axtar». Anatoli sorğu-sualın necə keçdiyi haqda deyir: «Mən böyük stres altında idim və mənə güclü təzyiq göstərilirdi. Onlar mənə deyirdilər ki, təqsiri boynuma almasam, yoldaşım və yığıncaq zamanı evdə olanlar ziyan çəkəcək. Mənə dəfələrlə deyirdilər ki, yoldaşım da həbsxanaya düşəcək. Belə anlarda Yehovaya dua edib qəlb rahatlığı istəyirdim».

Anatolini iki aydan çox istintaq təcridxanasında, təxminən doqquz ay ev dustaqlığında saxladılar və bir il yarımdan çoxdur ki, ondan başqa yerə getməmək barədə iltizam götürülüb. İstintaq təcridxanasında olarkən qardaş təqiblərə məruz qalmış Allahın qədim xidmətçilərinin nümunəsini qeyd kitabçasına yazırdı. O deyir: «Mən unutmurdum ki, Yehova onları çətinliklərdən qurtarmırdı, amma yalqız da qoymurdu. Bu fikir məni çox möhkəmləndirirdi və əmin edirdi ki, Yehova mənim üçün də eyni şeyi edəcək. Ən vacibi Ona sadiq qalmaqdır». Həyat yoldaşından aldığı məktublar da onu ruhlandırırdı. Qardaş davam edir: «Məktubların birində Alyona dostlarımızın və əzizlərimizin şəkillərini göndərdi. Mən hər axşam həmin şəkillərə baxıb hər biri ilə baş verən maraqlı hadisələri xatırlayırdım. Məndə elə hiss var idi ki, onlar haradasa uzaqlarda yox, düz mənim yanımdadırlar».

Mətin qalan Anatoli ilə Alyona bizim üçün gözəl örnəkdirlər. Şiddətli təqiblərə rəğmən Rusiyada dindaşlarımızın ruhən möhkəm qalmalarına sevinirik. Onlar üçün etdiyimiz dualara qulaq asdığına görə Yehovaya minnətdarıq (2 Korinflilərə 1:11).