6 SENTYABR 2019
RUSİYA
Ancey Onişşuk birnəfərlik kamerada 11 ay keçirdikdən sonra azadlığa buraxılıb
3 sentyabr 2019-cu il tarixində Ancey Onişşuk azadlığa buraxılıb. O sadəcə öz imanına etiqad etdiyinə görə 9 oktyabr 2018-ci il tarixində həbs olunmuşdu. O vaxtdan etibarən Ancey Onişşuk birnəfərlik kamerada saxlanılırdı. Ona həyat yoldaşı Anna ilə görüşməyə və danışmağa icazə verilmirdi. Qardaş evinə qayıtsa da, ona qarşı cinayət işi hələ də davam edir və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Biz çox şadıq ki, çətin sınaqlara baxmayaraq, Ancey və onun həyat yoldaşı imanda möhkəmdirlər. Həbsdə olanlar üçün etdiyimiz dualara cavab verdiyinə görə Yehovaya ürəkdən minnətdarıq (Koloslulara 4:2, 3).