Kontentə keç

Andrey Oxrimçuk

3 AVQUST 2021
RUSİYA

Andrey Oxrimçuk Yehovanın gücünə arxalanır

Andrey Oxrimçuk Yehovanın gücünə arxalanır

YENİLƏNİB | 3 fevral 2022-ci il tarixində Dördüncü Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Andrey Oxrimçukun şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı ilə ona təyin olunmuş dörd il müddətli şərti həbs cəzası qüvvədə qaldı. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 22 may 2019-cu il

    Sübh tezdən güc strukturlarının maskalı əməkdaşları Andreyin evində və maşınında axtarış apardılar.

  2. 29 oktyabr 2020-ci il

    Qardaş barədə cinayət işi açıldı. Onu qanunsuz dini yığıncaqlarda iştirak etməkdə və «ekstremist» təşkilatın fəaliyyətini dəstəkləməkdə ittiham etdilər.

  3. 5 aprel 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırılması başladı.

  4. 2 avqust 2021-ci il

    Rostov-Don Şəhərinin Leninski Rayon Məhkəməsi Andreyi dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi.

  5. 4 oktyabr 2021-ci il

    Rostov Vilayət Məhkəməsi Andreyin apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı.

Qardaş barədə məlumat

Rusiyadakı bacı-qardaşlarımızın göstərdikləri möhkəm iman bizim üçün örnəkdir. Nə qədər ki Andrey və ailəsi səmavi Atamız Yehovaya tam arxalanır, onlar bu sınağa tab gətirə biləcəklər. Buna əminik (Zəbur 37:5).