Kontentə keç

Andrey Stupnikov həyat yoldaşı Olqa ilə

18 MAY 2021
RUSİYA

Andrey Stupnikov Yehovaya güvənir| YENİLƏNİB

Andrey Stupnikov Yehovaya güvənir| YENİLƏNİB

Səkkizinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Andrey Stupnikovun ikinci apelyasiya şikayətini təmin etmədi. O, həbsdə qalacaq.

7 sentyabr 2021-ci il tarixində Krasnoyarsk Vilayət Məhkəməsi Andreyin apelyasiya şikayətini təmin etmədi və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxladı.

3 iyun 2021-ci il tarixində Krasnoyarskın Jeleznodorojnı Rayon Məhkəməsi Andreyi alt il müddətinə həbsə məhkum etdi. Qardaş məhkəmə zalında həbsə alındı.

Qardaş barədə məlumat

Andrey Stupnikov

  • Doğulduğu il: 1973 (Krasnoyarsk vilayəti, Norilsk şəhəri)

  • Bioqrafiya. Neft və qaz yataqlarının qazılması üzrə mühəndisliyi oxuyub. 1993-cü ildə Olqa ilə evlənib. Təbiət qoynunda vaxt keçirməyi və incəsənətin müxtəlif növlərini sevirlər.

    Gənclik illərindən Allahı tanımaq istəyib. Çeçenistanda yaşayarkən Birinci Çeçen Müharibəsi zamanı çoxlu qəddarlıqlar görmüşdü. Bu dəhşətli hadisələrdən sonra bu kimi şeylərin nəyə görə baş verdiyini və Allahın müdafiəsini almaq üçün nə etmək lazım olduğunu düşünməyə başladı. Olqa ilə birgə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. Müqəddəs Kitab peyğəmbərliklərinin necə yerinə yetdiyini və oradakı məsləhətlərin çətinliklərin öhdəsindən gəlməyə kömək edən ən yaxşı məsləhətlər olduğunu görəndə bu ona böyük təsir bağışladı.

Cinayət işi haqda məlumat

3 iyul 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) müfəttişləri Andrey qardaşı Krasnoyarsk Beynəlxalq Hava Limanında tutmuşdular. O, Krasnoyarskda cinayət törətməkdə ittiham olunan ilk Yehovanın Şahididir. Növbəti gün Krasnoyarskın Jeleznodorojnı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçdi.

Andreyin həyat yoldaşı Olqa ərinə ürək-dirək vermək üçün ona məktublar yazırdı. Amma Andrey ondan daha məktub almayanda narahat olmağa başladı. Andrey deyir: «Bir kişi gəlib məndən soruşdu: “Arvadına nə olub? Xəbərin yoxdur?”» Onun sözlərindən sonra Andreyin narahatçılığı daha da artdı. Çox keçməmiş Andrey başa düşdü ki, həbsxana müdiriyyəti Olqanın məktublarını qəsdən ona vermir. Andrey danışır: «Onlar mənə dedilər ki, onlarla əməkdaşlıq etməyə razılaşsam və təqsirli olduğumu boynuma alsam, çox tezliklə yoldaşımı görəcəyəm». Amma Andrey Yehovaya güvənirdi və nə Yehovaya, nə də qardaşlarına qarşı dönük çıxdı. Səkkiz ay davam edən həbs qətimkan tədbirindən sonra onu dörd ay müddətinə ev dustaqlığına keçirdilər.

2 iyul 2019-cu il tarixində Andreyi ev dustaqlığından azad etdilər. Ona məktub alıb-göndərməyə və internetdən istifadə etməyə icazə verilmir. Onun ünsiyyət dairəsinə də məhdudiyyətlər qoyulub.

Sınaqlara rəğmən, Andrey Yehovaya həsr olunarkən verdiyi vədə sadiq qalır və onu əziz tutur. O qətiyyətlə deyir: «Yehovanı tanımağımla və Onun mənim tərəfimdə olması ilə fəxr edirəm».

Yehovanın köməyinə güvənməkdə bizim üçün gözəl nümunə olan Andrey qardaşımıza ürəkdən minnətdarıq (Zəbur 28:7).