Kontentə keç

Andrey Stupnikov (mərkəzdə) ev dustaqlığından azad edilməsi barədə məhkəmə iclasından sonra dostları ilə

5 İYUL 2019
RUSİYA

Andrey Stupnikov ev dustaqlığından buraxılıb

Andrey Stupnikov ev dustaqlığından buraxılıb

2 iyul 2019-cu il tarixində Rusiyanın Krasnoyarsk şəhərindəki məhkəmə Andrey Stupnikovu ev dustaqlığından buraxıb. O artıq ev dustaqlığında olmasa da, ona qarşı cinayət işinə hələ də xitam verilməyib.

Andrey Stupnikov

3 iyul 2018-ci il tarixində Stupnikovlar ailəsi sübh tezdən Krasnoyarsk Beynəlxalq Hava Limanında qeydiyyatdan keçərkən Federal Təhlükəsizlik Xidmətinin iki müfəttişi Andrey Stupnikovu həbs etdi. O, 2019-cu ilin fevral ayının sonunda ev dustaqlığına keçirilənədək səkkiz ay məhkəməyəqədər həbsdə saxlanıldı.

Andrey Stupnikovun sözlərinə görə, o, son bir ildə özü və Yehovayla münasibətləri barədə çox şey öyrənib. O deyir: «Olqayla uzun illərdir Yehovanın Şahidi olsaq da, Yehovayla münasibətlərimiz indiki qədər möhkəm olmayıb. Ən çətin anlarda hiss etmişəm və indi də hiss edirəm ki, Atamız Yehova yanımdadır və mənə dəstək olur. Onun mənə bu qədər yaxın olması və dualarıma belə tez cavab verməsi məni heyran edir».

Andrey Stupnikov sözlərinə belə yekun vurur: «Atamızın mənim hisslərimi bildiyinə və başa düşdüyünə bu gün həmişəkindən daha çox əminəm. Şəxsi təcrübəm Ona tam güvənməyə və təqiblər barədə həddindən artıq narahat olmamağa kömək edir. Yehovayla yaxın münasibətləri itirmək bu sınaqlardan betərdir. Əminəm ki, Yehovayla bütün sınaqların öhdəsindən gələ bilərik».

1 iyul tarixinədək Rusiyada bacı-qardaşlarımıza qarşı durmadan artan cinayət işlərinin sayı 217-ə çatıb. Bəzi hallarda Rusiya hakimiyyət nümayəndələri qardaşlara qoyulan məhdudiyyətləri azaldıb. Bununla belə, bizim güvənc yerimiz məhkəmələr və məmurlar deyil, tək Yehovadır. Dua edirik ki, Yehova Rusiyadakı bacı-qardaşlarımızı möhkəmləndirsin və onları qorusun (Zəbur 28:7).