3 FEVRAL 2022
RUSİYA
Andrey Vlasov fəal qalmaqla nikbinliyi qoruyur | YENİLƏNİB
26 iyul 2022-ci il tarixində Kemerovo Vilayət Məhkəməsi Andrey Vlasovun apelyasiya şikayətini təmin etmədi. O həbsdə saxlanılacaq.
23 may 2022-ci il tarixində Prokopyevsk Şəhərinin Sentralnı Rayon Məhkəməsi Andreyi yeddi il müddətinə həbsə məhkum etdi. Qərar dərhal qüvvəyə mindi.
Hadisələrin gedişatı
2 iyul 2020-ci il
Ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə şübhəli bilinən Andrey barədə cinayət işi açıldı.
12 iyul 2020-ci il
FTX Andreyin evində və iş yerində axtarış keçirdi. Onun elektron cihazları və Müqəddəs Kitabları müsadirə edildi. Andreyi müvəqqəti saxlama kamerasına saldılar. Bu vaxt onun həyat yoldaşı Nataliya sorğu-sual edildi.
14 iyul 2020-ci il
Andrey ev dustaqlığına keçirildi.
9 iyun 2021-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
Qardaş barədə məlumat
Rusiyada və Krımda Andrey kimi imanda möhkəm qalan və sevinclərini itirməyən bacı-qardaşlarla çiyin-çiyinə Yehovanın işini görmək necə də böyük şərəfdir! (2 Korinflilərə 1:24).