Kontentə keç

Anna Safronova

28 YANVAR 2022
RUSİYA

Anna Safronova altı il müddətinə həbsə məhkum edildi | YENİLƏNİB

Rusiyada 2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyəti qadağan ediləndən bəri qadın xeylağına çıxarılmış ən sərt və uzunmüddətli hökm

Anna Safronova altı il müddətinə həbsə məhkum edildi | YENİLƏNİB

14 aprel 2022-ci il tarixində Həştərxan Vilayət Məhkəməsi Anna Safronovanın apelyasiya şikayətini təmin etmədi. Bacı həbsdə qalacaq.

25 yanvar 2022-ci il tarixində Həştərxan Şəhərinin Trusovski Rayon Məhkəməsinin qərarı ilə 56 yaşlı Anna altı il müddətinə həbsə məhkum edildi. Bacı məhkəmə zalındaca həbsə alındı.

Hadisələrin gedişatı

  1. 28 may 2021-ci il

    Bacı barədə cinayət işi açıldı.

  2. 2 iyun 2021-ci il

    Annanın 81 yaşlı anası ilə birgə yaşadığı evdə axtarış keçdi. Bundan sonra Anna həbsə alındı.

  3. 3 iyun 2021-ci il

    Anna ev dustaqlığına keçirildi. Ona gündə yalnız bir dəfə — səhər saat 9-dan 10-dək evdən çıxıb gəzməyə icazə verildi.

  4. 10 iyun 2021-ci il

    Annanın adı ekstremistlər siyahısına salındı. Onun bank hesabları donduruldu.

  5. 24 yanvar 2022-ci il

    Məhkəmədə son sözü ilə çıxış edərkən Anna dedi: «Mətta 5:44 ayəsində İsa davamçılarını düşmənlərini sevməyi öyrətmişdi və onları təqib edənlər üçün dua etməyi tapşırmışdı. Nəyə görə? Çünki vaxtilə Allahın xalqını təqib edənlərin bəziləri sonradan özləri Yehovanın Şahidi olmuşdur.

    Çox ümid edirəm ki, məni eşidən və davranışımı müşahidə edən FTX əməkdaşlarından, polis işçilərindən, müstəntiqlərdən, qarovulçulardan, vəkillərdən kimsə... Yehovanın Şahidlərinə qarşı münasibətini dəyişəcək. Ola bilsin, onlardan heç olmazsa biri Müqəddəs Kitabı oxumaq, suallarına cavab tapmaq, Allahı tanımaq və hətta Onun xidmətçisi olmaq istədi».

  6. 25 yanvar 2022-ci il

    Anna altı il müddətinə həbsə məhkum edildi.

Bacı barədə məlumat

Rusiya və Krımdakı sadiq bacı-qardaşlarımızın nümunəsi bizi ruhlandırır. Əminik ki, dözə bilmələri üçün səmavi Atamız onlara güc verəcək (2 Salonikililərə 1:4).

a Müsahibə məhkəmənin qərarından əvvəl götürülüb.