Kontentə keç

Anton Viriç

7 MAY 2024
RUSİYA

Anton Viriç qardaş altı il iki ay müddətinə həbsə məhkum edildi

Anton Viriç qardaş altı il iki ay müddətinə həbsə məhkum edildi

25 aprel 2024-cü il tarixində Primorye Vilayətinin Pojarski Rayon Məhkəməsi Anton Viriç qardaşı təqsirli bilərək altı il iki ay müddətinə azadlıqdan məhrum edib. O, 11 iyul 2023-cü ildən həbsdədir və bundan sonra da həbsdə qalacaq.

Qardaş barədə məlumat

Sınaqlar zamanı Yehovaya sadiq qalmaqla Ona məhəbbətimizi sübut etmiş oluruq, bununla da Onun razılığını qazanırıq və nemət sahibi oluruq (Yaqub 1:12). Bunu bilmək bizə qəlb rahatlığı verir.

Hadisələrin gedişatı

  1. 11 fevral 2021-ci il

    Cinayət işi açıldı

  2. 9 noyabr 2021-ci il

    Anton xəbəri olmadan məhkum olundu və başqa yerə getməmək barədə iltizam aldı

  3. 11 iyul 2023-cü il

    Ujur şəhərində maşın sürərkən polis Antonu saxladı və onun axtarışda olduğunu bildirərək həbs etdi. O, müvəqqəti saxlama təcridxanasına salındı

  4. 15 iyul 2023-cü il

    Təyyarə ilə 4700 kilometr aralıda yerləşən Luçeqorskda müvəqqəti saxlama təcridxanasına salındı

  5. 7 noyabr 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı

  6. 25  aprel 2024-cü il

    İttiham olundu və altı il iki ay müddətinə azadlıqdan məhrum edildi