Kontentə keç

19 YANVAR 2021
RUSİYA

Apellyasiya şikayətləri rədd edilən Sergey Britvin və Vadim Levçuk ruhdan düşmür

Apellyasiya şikayətləri rədd edilən Sergey Britvin və Vadim Levçuk ruhdan düşmür

19 yanvar 2021-ci il tarixində Kemerovo Vilayət Məhkəməsi Sergey Britvin və Vadim Levçukun apellyasiya şikayətini rədd etdi. Birinci instansiya məhkəməsinin qərarı ilə onlar dörd il müddətinə həbsə məhkum edilmişdilər. Həmin qərar artıq qüvvəyə mindi. Məhkəməyədək həbsdə və ev dustaqlığında olduqları vaxt nəzərə alındığı üçün onlar təxminən bir ildən sonra azadlığa çıxa biləcəklər. Belə bir çətin vəziyyətdə qardaşlarımız mətin durur və nikbinliyi qoruyur.

Birinci instansiya məhkəməsində son sözləri ilə çıxış edən Sergey və Vadim Yehova Allaha imanları və bu imanın onların həyatını necə dəyişdiyi barədə cəsarətlə danışıb.

Sergey deyib: «İttiham tərəfi məndən nə gözləyir? Gözləyir ki, imanımdan dönüm? Mənə düzəlməkdə və Rusiyanın ləyaqətli vətəndaşı olmaqda məhz Yehovaya iman kömək edib. Yehovaya minnətdaram ki, O, ailəmin dağılmamasına kömək etdi və həyatımı yaxşılaşdırdı. Yehova sayəsində mən həyatın mənasını tapdım və gözəl gələcəyə ümidim yarandı. Yehova Allahla yaxın münasibətlər məndə olan ən dəyərli şeydir. Məni əsassız olaraq nədə ittiham etmələrindən asılı olmayaraq, Yehova ilə dostluq etmək şərəfini qiymətləndirirəm».

Vadim isə məhkəməyə bu sözlərlə müraciət edib: «Şəxsən mənə gəldikdə, bütün proses zamanı ürəyim çox rahatdır, çünki Yehova mənim, mən də Yehovanın tərəfindəyəm! Fərqi yoxdur, siz hansı qərarı verəcəksiniz, mənim üçün ən vacibi Allahın fikridir. Məhəbbət, sevinc, sülh, xeyirxahlıq, iman, həlimlik, özünə hakim olmaq kimi Allaha məqbul keyfiyyətləri bundan sonra harada yetişdirməyə davam etdirəcəyimin heç bir fərqi yoxdur».