Kontentə keç

23 MAY 2019
RUSİYA

Apellyasiya məhkəməsi Dennis Kristensenin həbsi barədə qərarı dəyişməz saxlayıb

Apellyasiya məhkəməsi Dennis Kristensenin həbsi barədə qərarı dəyişməz saxlayıb

23 may 2019-cu il tarixində Oryol Vilayət Məhkəməsinin üç nəfərdən ibarət məhkəmə kollegiyası Dennis Kristensenin apellyasiya şikayətini rədd edib və altıillik həbs cəzasını dəyişməz saxlayıb. Məhkəmə iclaslarında 80-ə yaxın bacı-qardaş iştirak edib. İclasda Avstraliya və Danimarkanın rəsmi nümayəndələri də iştirak edib. İşin nəticələri barədə xəbər artıq beynəlxalq kütləvi informasiya vasitələrində yayılıb.

Fevral ayından, yəni Dennis Kristensen ilk dəfə həbs cəzasına məhkum olunandan 115 evə reyd keçirilib və əvvəlki üç ayla müqayisədə Yehovanın Şahidlərinə qarşı üç dəfə çox cinayət işi açılıb.

Biz Dennis Kristensen və Rusiyadakı digər qardaşlarımız üçün dua edirik. Biz əminik ki, «Yehova Onu çağıranlara... yaxındır» və onlara təqiblərə mətanətlə sinə gərməyə kömək edəcək (Zəbur 145:18).