11 OKTYABR 2024
RUSİYA
Arsen Avanesov həbsdən azad olundu
2024-cü il oktyabrın 9-u Arsen qardaş həbsdən azad olundu. 29 iyul 2021-ci ildə o, təqsirli bilinərək altı il yarım müddətinə həbsə məhkum edilmişdi. Sonra apelyasiya prosesi zamanı hakim həbs müddətini yeddi ilə qədər artırdı. Qardaş məhkəməyədək həbsdə iki il keçirdiyi üçün onun cəzasının müddəti artıq bitib.
Arsenin atası Vilen Avanesov eyni cinayət işi üzrə altı il həbs cəzasına məhkum olunmuşdu. O, 9 fevral 2024-cü ildə azadlığa buraxıldı.
Arsen Yehovaya sadiq qalmağa qəti qərarlı olduğu üçün həbsdə olduğu müddətdə ruhdan düşmədi. Həbs olunmamışdan əvvəl məhkəmə qarşısında o demişdi: «Yehovaya söz vermişəm ki, Ona sadiq qalacağam. Həyatımı Ona ürəkdən həsr etmişəm. Nə olursa olsun, verdiyim sözdən dönməyəcəyəm». Qardaş həmçinin vurğuladı ki, Allaha möhkəm iman sarsılmazdır. O əlavə etdi: «Mənim imanım zəifləmədi, əksinə, daha da gücləndi».
Çox şadıq ki, Arsen ailəsinə qovuşdu. Biz hələ də həbsdə olan bacı-qardaşlarımız üçün dua edirik. «Müxtəlif sınaqlar ucbatından» kədərlənməyimizə baxmayaraq, imanımız və dözümümüz bizə bol nemətlər gətirir (1 Butrus 1:6, 7).