3 FEVRAL 2021
RUSİYA
Artur Loxvitski şərti həbs cəzasına məhkum edildi
2 fevral 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi 35 yaşlı Artur Loxvitski barədə hökmünü elan etdi. Belə ki, o, sonrakı üçillik sınaq müddəti ilə iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi. Bu dəfə Artur azadlıqda qalacaq.
Məhkəmədə son sözü ilə çıxış edərkən Artur dedi: «Nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesində iştirak etməyi özümə şərəf bilirəm. Mən bir daha İsa Məsihin sözlərinin necə yerinə yetdiyini gördüm. Həmin sözlər “Mark” kitabının 13-cü fəslinin 9 və 10-cu ayələrində yazılıb: “Siz isə ehtiyatlı olun. İnsanlar sizi məhkəmələrə verəcək... Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq. Həmçinin əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir”. Bunu bilmək üzərimə Allahın niyyəti barədə danışmaq vəzifəsini qoyur. Möhtərəm hakim, bu barədə sizə danışmaq mənim üçün şərəfdir».