Kontentə keç

Vitali İlyinıx

10 MAY 2021
RUSİYA

Başqalarının nümunəsi Vitali İlyinıx qardaş üçün güc mənbəyidir | YENİLƏNİB

Başqalarının nümunəsi Vitali İlyinıx qardaş üçün güc mənbəyidir | YENİLƏNİB

28 iyul 2022-ci il tarixində Primorsk Vilayət Məhkəməsi Vitali İlyinıxın apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

15 aprel 2022-ci il tarixində Ussuriysk Rayon Məhkəməsi (Primorsk vilayəti) Vitalini iki il müddətinə şərti həbs cəzasına məhkum etmişdi.

Qardaş barədə məlumat

Vitali İlyinıx

  • Doğulduğu il: 1974 (Primorsk vilayəti, Ussuriysk şəhəri)

  • Bioqrafiya. Ali Milis Məktəbini bitirib və daxili işlər orqanlarında xidmət edib. İnsanların nə üçün öldüyü və ölümdən sonra nə baş verdiyi sualları onu həmişə narahat edirdi. 1990-cı illərin ortalarında Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. 1999-cu ildə vəftiz olundu. Hal-hazırda dalandar işləyir. 2006-cı ildə İrina ilə evləndi.

Cinayət işi haqda məlumat

2019-cu ilin fevral ayında Vitali qardaşın evində axtarış keçdi. Axtarış Spassk-Dalni şəhərində dindaşlarımızın cinayət işi ilə əlaqəli idi. 18 sentyabr 2019-cu il tarixində onun barəsində cinayət işi açıldı. 23 oktyabr 2019-cu il tarixində onun evində daha bir axtarış keçdi, lakin bu dəfə onu tutub iki gün müddətinə təcridxanaya saldılar. Orada o, Yehovaya dua etdi. Qardaş xatırlayır: «Duadan sonra qeyri-müəyyənlik hissinin yerini qəlb rahatlığı tutdu».

Vitali qardaşı azad etdikdən sonra ondan başqa yerə getməmək barədə iltizam götürdülər. Onun anası Olqa Opaleva barədə ayrı cinayət işi açılıb və məhkəmə araşdırılması gedir.

Qardaş başına gələn hadisələrdən çox şey öyrənib. O deyir: «Əvvəllər Yehovanın gücümüzdən artıq sınaqlara yol vermədiyini yalnız nəzəri bilirdim, ancaq indi bunu öz təcrübəmdən görürəm və başa düşürəm ki, həyat çətinləşdikcə, Yehova bizə bir o qədər yaxınlaşır… Yehova həyatımda alov kimi sınağın baş verməsinə izin verirsə, O, bir Dulusçu kimi bütün prosesi də nəzarətdə saxlayır. Hətta mənə elə gəlsə ki, yüküm gücümdən artıqdır, deməli, Ondan “insan gücündən üstün olan [güc]” istəməyin vaxtıdır» (2 Korinflilərə 4:7).

Təbiətcə utancaq olan Vitali qardaşa 1 Butrus 5:9 ayəsi üzərində düşünmək, eləcə də təqiblərə cəsarətlə sinə gərən Rusiyadakı dindaşlarının nümunəsi cəsarət verir. O, əzmlə deyir: «Bu işin sonu hər nə olsa da... axırzamanda hakimiyyət nümayəndələrinə şahidlik verməyi özüm üçün şərəf bilirəm».

Yehovanın sadiq və cəsarətli xidmətçiləri bizim üçün də örnəkdir. «İradəsini icra etmək üçün» bizi «hər cür yaxşı şeylə təchiz [etdiyinə]» görə Ona minnətdarlığımız sonsuzdur (İbranilərə 13:20, 21).