25 SENTYABR 2020
RUSİYA
Bajenovlar cütlüyü və 73 yaşlı bir bacı iki il müddətinə şərti həbsə məhkum edilib
25 sentyabr 2020-ci il tarixində Kamçatkanın Yelizovski Rayon Məhkəməsi Konstantin Bajenovu, onun həyat yoldaşı Snejananı və digər bacı Vera Zolotovanı məhkum edib. Prokuror məhkəmədən Bajenovlar cütlüyünün 600 000 rubl (7850 ABŞ dolları), Vera Zolotovanın isə 400 000 rubl (5195 ABŞ dolları) məbləğində cərimə olunmasını istəmişdi. Lakin məhkəmə onları iki il müddətinə şərti həbsə məhkum etdi. Həmçinin bu müddət bitəndən sonra onlara altı ay müddətində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Onlar azadlıqda qaldıqlarına və cərimə ödəməyəcəklərinə görə çox sevinirlər.