Kontentə keç

Soldan sağa: Konstantin Bajenov, Snejana Bajenova və Vera Zolotova

21 SENTYABR 2020
RUSİYA

Bajenovlar cütlüyü və 73 yaşlı bir bacının işi üzrə tezliklə hökm çıxarılacaq

Bajenovlar cütlüyü və 73 yaşlı bir bacının işi üzrə tezliklə hökm çıxarılacaq

Qərarın elan ediləcəyi tarix

25 sentyabr 2020-ci il tarixində a Kamçatkanın Yelizovski Rayon Məhkəməsində Konstantin Bajenov, onun həyat yoldaşı Snejana və digər bacı Vera Zolotovanın işi üzrə hökmün elan edilməsi gözlənilir. Prokuror məhkəmədən Bajenovlar cütlüyünün 600 000 rubl (7850 ABŞ dolları), Vera Zolotovanın isə 400 000 rubl (5235 ABŞ dolları) məbləğində cərimə olunmasını istəyib.

İttiham olunanlar barədə məlumat

Konstantin Bajenov

  • Doğulduğu il: 1977 (Kamçatka vilayəti, Petropavlovsk-Kamçatski)

  • Bioqrafiya. Ailədə dörd uşağın ən böyüyüdür. Mexanik və müəllim işləyib. Balıq tutmağı sevir.

  • 2001-ci ildə Snejana ilə ailə həyatı qurub. O da müəllim işləyirdi. Onların Yelizaveta adında bir qızı var. Onlar ailəlikcə Yehovaya xidmət edirlər.

Snejana Bajenova

  • Doğulduğu il: 1977 (Saxalin vilayəti, Şikotan adası)

  • Bioqrafiya. Anası onu tək böyüdüb. Uşaqları sevir və ibtidai sinif şagirdlərinə dərs deyirdi. Hal-hazırda ona qarşı açılmış cinayət işinə görə ona uşaqlarla işləməyə icazə verilmir.

  • Allah haqqında və Ona dua etmək barədə nənəsindən öyrənib. Bu, onda ruhani mövzulara maraq və Müqəddəs Kitaba sevgi yaratdı.

Vera Zolotova

  • Doğulduğu il: 1946 (Kamçatka vilayəti, Yelizovo şəhəri)

  • Bioqrafiya. Böyük ailədə böyüyüb. 1966-cı ildə Yuri Zolotovla ailə həyatı qurub. İki uşağı var. Mühasib işləyib. Hal-hazırda təqaüddədir. Təbiət qoynunda gəzməyi, konki və xizək sürməyi sevir.

  • İllərlə Allahı axtarırdı. Müxtəlif dinləri araşdırıb. Allahın ədalətli və insanları sevdiyini biləndə qəlb rahatlığı tapdı. Yoldaşı heç vaxt onun imanına şərik olmayıb. Amma Müqəddəs Kitab sayəsində həyat yoldaşında baş vermiş müsbət dəyişikliklər ona təsir etmişdi.

Cinayət işi haqda məlumat

19 avqust 2018-ci il tarixində polis Yelizovo şəhərində Yehovanın Şahidlərinin yaşadığı üç evdə axtarış aparmışdı. Ümumilikdə 11 bacı-qardaş həbs olundu. Onları saatlarla sorğu-sual etdilər. Səkkiz nəfər buraxıldı. Konstantin Bajenov, onun həyat yoldaşı Snejana, eləcə də Vera Zolotovaya qarşı cinayət işi açıldı. Onları müvəqqəti saxlama kamerasına saldılar. İki gündən sonra bacıları buraxdılar. Məhkəmənin qərarı ilə Konstantin Bajenov həbsdə qaldı. Səkkiz gündən sonra onu da buraxdılar.

Dua edirik ki, Bajenovlar ailəsi və Vera Zolotova Yehovaya tam güvənməyə davam etsinlər. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova Ona sadiq olanlara sevinc və qəlb rahatlığı verəcək və ümidləri müqəddəs ruhun qüvvəti ilə dolub-daşacaq (Romalılara 15:13).

a Tarix dəyişə bilər.