Kontentə keç

Yuxarı cərgə (soldan sağa): Vladimir Yermolayev və həyat yoldaşı Valeriya; Sergey Kirilyuk və həyat yoldaşı Olqa

Aşağı cərgə (soldan sağa): İqor Mamalimov və həyat yoldaşı Natalya; Aleksandr Putintsev və həyat yoldaşı Qalina

20 DEKABR 2021
RUSİYA

Baykalarxası diyardakı kütləvi reyd nəticəsində tutulan dörd qardaş məhkəmə qərarını gözləyir | YENİLƏNİB

Baykalarxası diyardakı kütləvi reyd nəticəsində tutulan dörd qardaş məhkəmə qərarını gözləyir | YENİLƏNİB

20 sentyabr 2022-ci il tarixində Baykalarxası Vilayət Məhkəməsi Vladimir Yermolayev, Sergey Kirilyuk, İqor Mamalimov və Aleksandr Putintsevin apelyasiya şikayətini təmin etməyib. Vladimir, İqor və Aleksandr hələ də həbsdədir. Sergeyin cəzası şərti olduğu üçün o, bu dəfə həbsə salınmayacaq.

6 iyun 2022-ci il tarixində Çita Sentralnı Rayon Məhkəməsi Vladimir, Sergey, İqor və Aleksandr barəsində qərarını elan etdi. Sergey altı il müddətinə şərti həbs cəzasına məhkum edildi. Vladimir, İqor və Aleksandr isə altı il yarım müddətinə həbsə məhkum edildilər. Qərar dərhal qüvvəyə mindi.

Hadisələrin gedişatı

  1. 16 mart 2021-ci il

    İş üzrə məhkəmə araşdırması başladı.

  2. 2 fevral 2021-ci il

    Vladimir, Sergey, İqor və Aleksandrı rəsmi olaraq qadağan edilmiş təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham etdilər.

  3. 3 aprel 2020-ci il

    Vladimiri ev dustaqlığından azad etdilər.

  4. 15 fevral 2020-ci il

    Sergey beş gündən sonra istintaq təcridxanasından azad edildi.

  5. 12 fevral 2020-ci il

    İqor və Aleksandr istintaq təcridxanasından azad edildilər. Sergeyin həbs müddəti 72 saat uzadıldı, Vladimiri isə 52 günlük ev dustaqlığına göndərdilər.

  6. 10 fevral 2020-ci il

    FTX əməkdaşları Baykalarxası diyarda Yehovanın Şahidlərinin yaşadığı 50 evdə, o cümlədən yaşlı və əlil dindaşlarımızın evlərində axtarış apardılar. Bir ailədə həddi-büluğa çatmayan uşağı anası və balaca bacısının gözü qabağında döydülər. Bir qardaşa işgəncə verdilər. Axtarış bitdikdən sonra, İqor, Aleksandr, Sergey və Vladimir də daxil olmaqla, on qardaş tutuldu.

Qardaşlar barədə məlumat

Hakimiyyət orqanlarının güclü təzyiqinə rəğmən, Dənyal və onun üç dostu kimi ürəklərində Yehovaya sadiq qalmağı qət edən bu qardaşların möhkəm imanı bizim üçün gözəl örnəkdir (Dənyal 1:8).