1 OKTYABR 2021 | YENİLƏNİB: 20 AVQUST 2023
RUSİYA
Beş qardaş cinayət təqibinə rəğmən sadiq qalmağa əzmlidir | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM OLUNDU
28 avqust 2023-cü il tarixində Orenburq Şəhərinin Promışlennı Rayon Məhkəməsi qardaşlarımız Vladimir Koçnev, Vladislav Kolbanov, Pavel Lekontsev, Sergey Loqunov və Nikolay Juqini təqsirli bilərək onları iki il altı aydan üç il altı ayadək müddətə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşlar həbsə salınmayacaq.
Hadisələrin gedişatı
1 mart 2021-ci il
İşin prokurorluğa qaytarılmasından bir ildən çox keçəndən sonra Orenburq Şəhərinin Promışlennı Rayon Məhkəməsində iş üzrə məhkəmə iclasları başladı.
14 yanvar 2020-ci il
İttihamların qeyri-müəyyən olduğu əsası ilə iş prokurorluğa qaytarıldı.
3 avqust 2018-ci il
79 gündən sonra Vladimir istintaq təcridxanasından ev dustaqlığına keçirildi.
16 may 2018-ci il
Orenburq vilayətində güc strukturları Yehovanın Şahidlərinin yaşadığı 19 evdə axtarış apardı. Vladimiri və Vladislavı müvəqqəti saxlama kamerasına saldılar. Üç gündən sonra Vladislav ev dustaqlığına keçirildi.
14 may 2018-ci il
Rusiya Federasiyasının İstintaq Komitəsinin Orenburq Vilayəti üzrə İstintaq İdarəsi beş qardaş barədə cinayət işi açdı.
Qardaşlar barədə məlumat
Üç ildən çoxdur ki, imanları uğrunda hüquqi mübarizə aparan bu dəyərli qardaşlarımız Yehovaya sadiq qalmağa qəti qərarlıdırlar. Yehovanın da onlara qarşı sadiq olması göz qabağındadır (2 İşmuil 22:26).