Kontentə keç

Qardaşımız Nikolay Maxaliçev. Belarusda həbsxanadan azad ediləndən sonra

9 APREL 2020
RUSİYA

Belorusda Nikolay Maxaliçev həbsxanadan azad edilib. O, Rusiyaya ekstradisiya olunmayıb

Belorusda Nikolay Maxaliçev həbsxanadan azad edilib. O, Rusiyaya ekstradisiya olunmayıb

7 aprel 2020-ci il tarixində Belarus Respublikasının Baş Prokurorluğu Rusiyanın Nikolay Maxaliçevin ekstradisiyası barədə sorğusunu rədd edib və onu azadlığa buraxıb. Qardaş vaxtında azadlığa çıxdığına görə çox xoşbəxtdir, belə ki, onun Belorusda dostları ilə birgə İsa Məsihin anma mərasimini qeyd etmək imkanı olub.

Qardaşımız Nikolayı 21 fevral 2020-ci il tarixində — Rusiyadan Belarusa dostlarına baş çəkmək üçün gələndə tutmuşdular. Belarus polisi onu saxlayıb pasportunu yoxlayanda məlum oldu ki, Rusiya Nikolayı qatı cinayətkar kimi beynəlxalq axtarışa verib və o, «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur.

Üç gün sonra Nikolayı həbs etdilər. Həbsdə olduğu müddətdə onun Rusiyaya ekstradisiya olunub-olunmayacağına dair qərar verilməli idi. Rusiyada o, 2019-cu ilin yanvar ayında ona qarşı irəli sürülmüş ittihamlarla əlaqədar məhkəmə qarşısına çıxarılmalı idi. İlk dəfə idi ki, Rusiyanın qərarı ilə xarici ölkənin ərazisində Yehovanın Şahidi həbs olunmuşdu.

Həbsdə ikən Nikolay qardaş Yehovanın ona verdiyi gücə arxalanırdı. Mart ayında o, dörd nəfərlə Müqəddəs Kitab dərsi keçmiş və 198 saat təbliğ etmişdi.

Biz əminik ki, Rusiyadakı bacı-qardaşlarımız bundan sonra da Yehovadan öz qalaları və pənah yeri kimi gözlərini çəkməyəcək (Zəbur 142:5).