Kontentə keç

Yuxarı cərgə soldan sağa: Aleksey Budençuk, Dennis Kristensen, Gennadi German və Roman Qridasov

Aşağı cərgə: Vadim Kutsenko, Feliks Maxammadiyev və Aleksey Miretski

6 NOYABR 2020
RUSİYA

Beynəlxalq təşkilatların nümayəndələri Rusiyada Yehovanın Şahidlərinin təqib edilməsinə etiraz edir

Beynəlxalq təşkilatların nümayəndələri Rusiyada Yehovanın Şahidlərinin təqib edilməsinə etiraz edir

«Bu, dəhşətli ədalətsizlikdir» (BDAK-nın sədri Qeyl Mançin)

Avropa və ABŞ rəsmiləri Rusiyada Yehovanın Şahidlərinin təqib edilməsini tənqid etməyə davam edir.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (BDAK)

«BDAK Rusiya hökumətinin Dennis Kristensen ilə rəftarından dəhşətə gəlir, — deyə bu komissiyanın sədri Qeyl Mançin 27 oktyabr 2020-ci il tarixli bəyanatında qeyd edib. — Açıq-aydın görünür ki, hökumət öz dininə dinc şəkildə etiqad etdiyinə görə bu yazıq adamdan qisas alır. Şəfqət göstərmək əvəzinə, dövlət onunla qatı cinayətkar kimi davranır. Bu, dəhşətli ədalətsizlikdir».

Qeyl Mançin BDAK-nın «Dini əqidə məhbusları proqramı» çərçivəsində Dennis Kristensenin hüquqlarını müdafiə edir. BDAK dəfələrlə Dennis Kristensenin altıillik həbsi barədə qətiyyətli bəyanatlarla çıxış edib.

Həmçinin BDAK bəyanatında Rusiyanı Dennis Kristenseni vaxtından əvvəl azadlığa buraxmaqdan imtina etdiyinə görə də mühakimə edib. BDAK xəbər verir ki, «onu 23 iyun [2020-ci il] tarixində vaxtından əvvəl şərti olaraq azad etməli idilər. Lakin prokuror dərhal həmin qərardan şikayət verdi. Dennis Kristenseni azad etmək əvəzinə, onu həbsxana qaydalarını pozmaqda ittiham edərək pis havalandırılan cəza kamerasına saldılar».

BDAK bəyanatının sonunda 2020-ci ilin illik hesabatına istinad edir. Həmin hesabatda Rusiya hökuməti «din azadlığını hələ də sistematik və kobud şəkildə pozduğuna görə mühakimə olunur». BDAK ABŞ hökumətinə Rusiyanı «xüsusi narahatçılıq doğuran ölkələr» siyahısına daxil etməklə onu cəzalandırmağı tövsiyə edir.

BMT-nin İnsan Hüquqları Şurası

BMT-nin İnsan Hüquqları Şurası tərəfindən səlahiyyət verilmiş səkkiz yüksək vəzifəli rəsmisi Rusiya Federasiyasının BMT-də daimi nümayəndəliyinə ünvanladığı məktubunda növbəti məsələlərlə bağlı narahatçılığını bildirib: Rusiya Federasiyasında Yehovanın Şahidlərinin hələ də davam edən təqibi; Yehovanın Şahidlərinin Sankt-Peterburq şəhərində Mərkəzi İdarəsinin ləğvi; və bütün ölkə ərazisində 395 filialının dini fəaliyyətinin qadağası. Rəsmilər Rusiyanı beynəlxalq ictimaiyyətin bu təqiblərə son qoymağa dair çoxsaylı çağırışlarına məhəl qoymadığına görə də tənqid edib.

BMT rəsmiləri izah etmişlər ki, Rusiya hökuməti ekstremizm haqqında qeyri-müəyyən qanundan «Yehovanın Şahidlərinin istənilən dini fəaliyyətini qadağan etmək, onları qorxutmaq, polis reydləri və axtarışlar vasitəsilə şəxsi həyatlarına müdaxilə etmək, bəzi üzvlərini saxlamaq, onları sorğu-sual etmək, hətta həbsə məhkum etmək üçün istifadə edir».

Rəsmilər qeyd edib ki, «Yehovanın Şahidlərinin öz dinlərinə etiqad etmək hüququna MSHBP-nın a 18.1 maddəsi ilə zəmanət verilir». Buna görə onlar Rusiya Federasiyasını «“Ekstremist fəaliyyətlə mübarizə haqqında” 2002-ci il tarixli Federal Qanunun Konstitusiyada təsbit olunmuş fikir, vicdan, din və etiqad azadlığı hüquqlarına qeyri-qanuni müdaxilə etməməsini təmin etməyə» çağırıblar.

Məktubda həmçinin qardaşlarımızla qəddar rəftara dair bəzi faktlar gətirilir. Məsələn, orada 6 fevral 2020-ci il tarixində qəddarcasına döyülmüş Saratovdan olan beş Yehovanın Şahidi xatırlanır. Məktubda deyilir: «Həbs olunan Yehovanın Şahidlərini dini əqidələrinə görə çox vaxt pis şəraitdə saxlayırlar, onlarla pis rəftar edirlər, həmçinin digər fiziki və psixoloji zorakılığa məruz qoyurlar. Bütün bunları əsl işgəncə adlandırmaq olar».

Həmçinin məktubda 10 fevral 2020-ci il tarixində Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə verilmiş Vadim Kutsenkonun da nümunəsi gətirilir. Rusiya rəsmiləri isə ona işgəncə verildiyi faktını danırlar. Lakin BMT rəsmiləri buna inanmırlar və «Yehovanın Şahidlərinin dinc fəaliyyətini cinayət kimi qələmə verərək onlara qarşı bütün ölkə ərazisində keçirilən və repressiya kimi görünən əməllərə görə olduqca narahatdır».

Avropa Şurasının Nazirlər Komitəsi

2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulmuş qadağa və bundan sonra başlanan təqiblər Avropa Şurasının Nazirlər Komitəsini b Rusiya hökumətinin Avropa Məhkəməsinin iki qərarını necə icra etdiyinə nəzarəti gücləndirməyə vadar etdi. Belə ki, həmin qərarlara əsasən, Rusiya Yehovanın Şahidlərinin hüquqlarını pozmaqda təqsirli bilinmişdi c. Komitə 1 oktyabr 2020-ci il tarixində qəbul etdiyi qətnamədə «2017-ci ildə qoyulmuş ümumi qadağa və müxtəlif mənbələrdən gələn məlumatlarla bağlı ciddi narahatçılığını bildirmişdir. Belə ki, həmin məlumatlara əsasən, öz dinlərinə dinc şəkildə etiqad etdiklərinə görə Yehovanın Şahidləri qadağanın nəticəsi olaraq saxlanılır, cinayət təqibinə məruz qalır və həbsə məhkum edilir».

Bu kimi pozuntu hallarının qarşısını almaq üçün komitə Rusiyaya tövsiyə etmişdir ki, «yeni qadağa və Yehovanın Şahidlərinin cinayət təqibinə əsas olan ekstremizmə qarşı cari qanunvericiliyini» yaxşılaşdırmağın yollarını tapsın. Bundan əlavə, Rusiya «ümumi qadağanı aradan qaldırmaq və dinc dini fəaliyyətdə iştiraklarına görə Yehovanın Şahidləri barədə açılmış cinayət işlərinə xitam vermək məsələsinə» baxmalıdır. Rusiyanın bu tövsiyələrə əməl edib-etməməsi məsələsinə 2021-ci ildə yenidən baxılacaq.

2017-ci ildən etibarən Rusiyada 400-dən çox bacı-qardaşımız «ekstremizmdə» ittiham olunub. Rusiyanın 70-dən çox şəhərində 210-dan çox Yehovanın Şahidi həbsdə saxlanılır.

Bacı-qardaşlarımıza səbirlə dözməyə kömək etməsi üçün «biz Allahımız Yehovanın adını çağırırıq» (Zəbur 20:2, 7).