Kontentə keç

Tatyana Zaqulina həyat yoldaşı Dmitri ilə

17 MART 2021
RUSİYA

Birobicanda Tatyana Zaqulina məhkum oluna bilər

Birobicanda Tatyana Zaqulina məhkum oluna bilər

YENİLƏNİB | Tatyana Zaqulinanın apelyasiya şikayəti təmin olunmadı

16 sentyabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Tatyana Zaqulinanın apelyasiya şikayətini təmin etmədi. Onun barəsində çıxarılmış qərar qüvvədə qaldı. Bacı həbs olunmayacaq.

31 mart 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi bacımız Tatyana Zaqulinanı iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.

Bacı barədə məlumat

Tatyana Zaqulina

  • Doğulduğu il: 1984 (Baykalarxası diyar, Seleksionnaya kəndi)

  • Bioqrafiya. Paltar dizaynı üzrə təhsil alıb. Dırnaq ustası və dərzi işləyib, əsas etibarilə toy paltarlarının bərpası ilə məşğul olub. Voleybol, stolüstü tennis oynamağı, rəqs etməyi və toxumağı sevir.

    Təbiətə həmişə heyran olub və inanırdı ki, hər şeyi Allah yaradıb. Nəticədə, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. 2010-cu ildə vəftiz olundu. 2012-ci ildə Dmitri ilə ailə qurdu.

Cinayət işi haqda məlumat

17 may 2018-ci il tarixində hüquq-mühafizə orqanlarının 150 əməkdaşı Yehovanın Şahidlərinin yaşadığı 22 evə reyd keçirmişdi. Əməliyyat «Qiyamət günü» adlanırdı. Bundan sonra həmin bölgədə yaşayan 22 dindaşımız barədə cinayət işləri açıldı. 6 fevral 2020-ci il tarixində, Tatyana da daxil olmaqla, altı bacımız «ekstremist» fəaliyyətdə ittiham edildi.

Tatyananın işi üzrə məhkəmə araşdırılması 17 sentyabr 2020-ci il tarixində başladı. Məhkəmə getdiyi müddətdə o, yaşadığı ərazini tərk edə bilməz. Üstəlik, onun bank hesabları dondurulub.

Tatyana deyir ki, dua etmək və yaxşı ruhani qrafik ona sınağa tab gətirməyə, təbliğ xidmətini davam etdirməyə və imanını müdafiə etməyə kömək edir. Bacı deyir: «Reyd günü evimizin qapısı bərk döyüləndə mən qorxdum, amma dərhal ürəyimdə dua etdim. Bundan sonra bir az sakitləşdim».

Evində axtarış gedəndə Tatyana zabitlərin birinə dedi ki, həmin gün onun imanı daha da möhkəmləndi. Zabit bunun səbəbini soruşanda bacı cavab verdi ki, İsanın Yəhya 15:20 ayəsində yazılan sözləri onun da üzərində yerinə yetir. İsa demişdi: «Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər». Bacı davam edir: «Zabitlərdən biri dedi: “Sənin bu sözlərindən sonra özümü İsanı edam edənlərdən birisi kimi hiss etdim”. Həmin an nəinki imanım möhkəmləndi, həm də qəlb rahatlığı və sevinc hiss etdim. Sanki Yehova mənim yanımda durmuşdu!» Məhkəmədə işinə baxılmağa başlayanda onda qorxu var idi. Lakin bacının dediyi kimi, duada cəsarət istəyəndən sonra o, əminliklə danışır.

Yehovaya minnətdarıq ki, O, Rusiyadakı bacı-qardaşlarımıza dayaq olur və imandan irəli gələn işlərinə, məhəbbətlə çəkdikləri zəhmətə və göstərdikləri dözümə görə onlara xeyir-dua verir (1 Salonikililərə 1:2, 3).