Kontentə keç

Denis Merkulov və həyat yoldaşı Nataliya

27 DEKABR 2022 | YENİLƏNİB: 27 MART 2023
RUSİYA

«Biz sınaqlarla üzləşəndə O, bizi güclü edəcək» | YENİLƏNİB. CƏRİMƏ TƏYİN OLUNUB

«Biz sınaqlarla üzləşəndə O, bizi güclü edəcək» | YENİLƏNİB. CƏRİMƏ TƏYİN OLUNUB

23 mart 2023-cü il tarixində Murmansk Vilayətinin Apatitı Şəhər Məhkəməsi Denis Merkulovu təqsirli bilərək 500 000 rubl (6485 ABŞ dolları) məbləğində cərimə edib.

Qısa məlumat

Sınaqlarla üzləşməyimizə baxmayaraq, Yehovayla münasibətlərimizin və ona etibarımızın bizi «güclü, mətin, sarsılmaz» edəcəyini bilmək bizə təsəlli verir (1 Butrus 5:10).

Hadisələrin gedişatı

  1. 21 iyul 2021-ci il

    Səlahiyyətli orqanlar Apatitıda və ətrafında yaşayan Yehovanın Şahidlərinə məxsus 14 evdə axtarış edib. FTX məmurları Merkulovun evinə zorla daxil olub və sorğu üçün ər-arvadı birlikdə təcridxanaya aparıb. Onlar növbəti gün gecə saat 4-də buraxılıblar.

  2. 22 iyul 2021-ci il

    Səlahiyyətli şəxslər Denis Merkulovu müstəntiqin otağına çağırıblar və o, müvəqqəti saxlama təcridxanasına salınıb.

  3. 23 iyul 2021-ci il

    Azadlığa buraxılıb və ev dustaqlığına salınıb.

  4. 17 sentyabr 2021-ci il

    Ev dustaqlığından azad edilib və ondan başqa yerə getməmək barədə iltizam alınıb.

  5. 15 iyul 2022-ci il

    «Nəğmə oxuduğu» və «Yehova Allaha dua etdiyi» üçün ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə təqsirləndirilib.

  6. 20 sentyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.