Kontentə keç

Solda: Lyubov Koçerova. Sağda: Lyubov Ovçinnikova

16 AVQUST 2023  | YENİLƏNİB: 5 DEKABR 2023
RUSİYA

«Biz vəhdətdəyik» | HÖKM DƏYİŞDİRİLDİ

«Biz vəhdətdəyik» | HÖKM DƏYİŞDİRİLDİ

5 dekabr 2023-cü il tarixində Xabarovsk Vilayət Məhkəməsi bacılarımız Lyubov Koçerova və Lyubov Ovçinnikova barədə çıxarılmış qərarı dəyişdi. Onların işi Xabarovsk Vilayətinin Xabarovsk Rayon Məhkəməsinə yenidən baxışa göndəriləcək.

1 avqust 2023-cü il tarixində Xabarovsk Vilayətinin Xabarovsk Rayon Məhkəməsi Lyubov Koçerova və Lyubov Ovçinnikovanı təqsirli bildi. Onlara altı illik şərti həbs cəzası kəsildi. Cəza şərti olduğu üçün onlar həbsxanaya salınmayacaq.

Bacılar barədə məlumat

Bu hadisələr göstərir ki, təqiblər zamanı sadiq qalan kəslərə Yehova güc verir (1 Salnamələr 29:12).

Hadisələrin gedişatı

  1. 2019-2020-ci illər

    Hər iki bacımızın danışıqları gizli şəkildə dinlənilməyə başlanıldı

  2. 3 mart 2022-ci il

    Lyubov Koçerovanın evində axtarış aparıldı. Telefonu və kompüteri müsadirə edildi

  3. 26 may 2022-ci il

    Lyubov Koçerovaya qarşı cinayət işi açıldı

  4. 28 may 2022-ci il

    Lyubov Koçerova sorğu-sual edildi

  5. 7 noyabr 2022-ci il

    Lyubov Ovçinnikovaya qarşı cinayət işi açıldı. Cinayət işləri birləşdirildi

  6. 21 yanvar 2023-cü il

    Lyubov Koçerovanın evində yenidən axtarış aparıldı

  7. 25 aprel 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı