Kontentə keç

11 FEVRAL 2020
RUSİYA

Cinayət təqibinə məruz qalan Mixail və Yelena Popovların işi üzrə 13 fevral 2020-ci il tarixində qərarın elan olunması gözlənilir

Cinayət təqibinə məruz qalan Mixail və Yelena Popovların işi üzrə 13 fevral 2020-ci il tarixində qərarın elan olunması gözlənilir

Cümə axşamı, 13 fevral 2020-ci il tarixində Vilyuçinsk Şəhər Məhkəməsinin Mixail Popov və onun həyat yoldaşı Yelenanın işi üzrə qərar verməsi gözlənilir. Ər-arvad 2018-ci il iyulun 30-u Kamçatkada keçirilmiş axtarış zamanı həbs olunmuş, lakin sonradan buraxılmışdı. Popovları «ekstremist fəaliyyəti» ilə məşğul olmaqda ittiham edirlər.

Mixail və Yelena bu çətin anlarda Yehovaya arxalanırlar. Biz əminik ki, Yehova bundan sonra da onların gücü və pənahı olacaq (Zəbur 46:1).