Kontentə keç

Soldan sağa: Nadejda Anoykina, Lyubov Qalaktionova, Nailya Koqay, Valentin Osadçuk, Nina Purqe, Raisa Usanova və Yelena Zayşşuk

23 SENTYABR 2021
RUSİYA

Cinayət təqibinə məruz qalan altı bacı və bir qardaş Yehovaya güvənir | YENİLƏNİB. ŞİKAYƏT TƏMİN OLUNMADI

Cinayət təqibinə məruz qalan altı bacı və bir qardaş Yehovaya güvənir | YENİLƏNİB. ŞİKAYƏT TƏMİN OLUNMADI

26 sentyabr 2022-ci il tarixində Primorye Vilayət Məhkəməsi Nadejda Anoykina, Lyubov Qalaktionova, Nailya Koqay, Nina Purqe, Raisa Usanova və Valentin Osadçukun apelyasiya şikayətini təmin etməyib. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

1 iyun 2022-ci il tarixində Vladivostok Şəhərinin Leninski Rayon Məhkəməsinin qərarı ilə Nadejda, Lyubov, Nailya, Nina və Raisa iki il müddətinə, Valentin qardaş isə altı il müddətinə şərti həbs cəzasına məhkum edildilər. 87 yaşlı Yelena Zayşşuk ciddi xəstə olduğuna görə onun işi təxirə salınıb.

Hadisələrin gedişatı

  1. 19 yanvar 2021-ci il

    Cinayət işinin materialları Vladivostok Şəhərinin Leninski Rayon Məhkəməsinə göndərildi.

  2. 12 noyabr 2019-cu il

    Cinayət işi prokurorluğa qaytarıldı.

  3. 5 aprel 2019-cu il

    İş üzrə keçən yeganə qardaş Valentin istintaq təcridxanasında 274 gün keçirdikdən sonra ev dustaqlığına keçirildi.

  4. 19 aprel 2018-ci il

    Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yehovanın Şahidlərinin yaşadığı yeddi evdə axtarış apardılar.

  5. 9 aprel 2018-ci il

    Primorsk vilayəti üzrə FTX-nın İstintaq şöbəsi Valentin və altı bacı barədə cinayət işi açdı.

Dindaşlarımız haqda məlumat

Biz həmişə Rusiyadakı bacı-qardaşlarımızın nümunəsinə baxıb ruhlanırıq. Möhkəm iman sahibləri olan bu bacı-qardaşlar həqiqətən də həyatlarını qoruyanlardandır (İbranilərə 10:39).