Kontentə keç

Yuxarıda soldan saat istiqamətində: Andrey Tabakov, Mixail Zelenski, Seygey və Natalya Mısinlər, Aleksandr Qanin və Xoren Xaçikyan

2 OKTYABR 2020
RUSİYA

Dörd qardaş və bir cütlük yeddi ilədək həbsə məhkum edilə bilər

Dörd qardaş və bir cütlük yeddi ilədək həbsə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

5 oktyabr 2020-ci il tarixində a Ulyanovsk şəhərinin Zasviyajski Rayon Məhkəməsində Aleksandr Qanin, Xoren Xaçikyan, Andrey Tabakov, Mixail Zelenski, eləcə də Sergey Mısin və onun həyat yoldaşı Natalyanın işi üzrə qərarın elan olunması gözlənilir. Onların hamısı üç ildən yeddi ilədək müddətə həbs oluna bilər. Prokuror həmçinin məhkəmədən xahiş edib ki, onların pul vəsaitləri və maşınları (ümumi dəyəri təxminən 20 000 ABŞ dolları) müsadirə olunsun.

Bacı və qardaşlar haqqında qısa məlumat

Aleksandr Qanin

  • Doğulduğu il: 1957 (Saxalin adası, Exabi)

  • Bioqrafiya. 20 ildən çoxdur ki, vəftiz olunmuş Yehovanın Şahididir. Hal-hazırda pensiyadadır, bağ-bostanı sevir.

Xoren Xaçikyan

  • Doğulduğu il: 1985 (Ermənistan, Yerevan)

  • Bioqrafiya. İqtisadiyyat üzrə ali təhsil alıb. Yeniyetməlik illərində güləşlə məşğul olub. Hamı onu mülayim və xeyirxah insan kimi tanıyır.

  • Allahı daha yaxşı tanımaq və Onun qanunlarına uyğun yaşamaq istədiyi üçün Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Müqəddəs Kitabın məntiqli və ardıcıl olması onun çox xoşuna gəlir.

Sergey Mısin

  • Doğulduğu il: 1965 (Nijnı Novqorod vilayəti, Kulebaki)

  • Bioqrafiya. Mühəndisliyi oxuyanda həyat yoldaşı Natalya ilə tanış oldu. 1991-ci ildə evləndilər. 20 ildən çoxdur ki, birgə Yehovaya xidmət edirlər. İki uşaq böyüdüblər. İdmanla məşğul olmağı, xüsusilə lakros oynamağı sevir.

Natalya Mısina

  • Doğulduğu il: 1971 (Leninqrad, indiki Sankt-Peterburq şəhəri)

  • Bioqrafiya. Hərbçi ailəsində doğulub. Bir müddət Almaniyada yaşayıb. Kollecdə əczaçılıq üzrə təhsil alıb. Yemək, xüsusilə şirniyyat bişirməyi sevir.

Andrey Tabakov

  • Doğulduğu il: 1973 (Belarus, Minsk şəhəri)

  • Bioqrafiya. İnformasiya texnologiyaları sahəsində işləyir. Həyat yoldaşı Marina ilə 2006-cı ildə evlənib. Onlar Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənib vəftiz olmuşlar. Elektronika, xüsusilə də radio və kompüterlərlə işləməyi sevir.

Mixail Zelenski

  • Doğulduğu il: 1960 (Moldova, Bulaeştı)

  • Bioqrafiya. Dənizçi və yük maşını sürücüsü işləyib. Həyat yoldaşı Viktoriya ilə 1989-cu ildə evlənib. 90-cı illərin əvvəllərində Müqəddəs Kitabı öyrənməyə başladılar. Yehovanı ürəkdən sevdilər və vəftiz olundular.

Cinayət işi haqda məlumat

Təxminən üç il bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ulyanovsk şəhərində bacı-qardaşlarımızın telefon danışıqlarını yazıya almağa və onları güdməyə başladı. 24 fevral 2019-cu il tarixində FTX Sergey Mısin, Xoren Xaçikyan, Andrey Tabakov və Mixail Zelenski barədə cinayət işi açdı.

Üç gün sonra, səhər saat 5-də FTX əməkdaşları Xoren Xaçikyan, Andrey Tabakov və Mixail Zelenskinin evlərinə reyd keçirdi. Onların üçü də tutulub müvəqqəti həbs olundu. Həmin səhər Natalya Mısinaya zəng edib maşınına zərər dəydiyini və yoldaşı Sergeylə çölə çıxmağı dedilər. Sergey qapını açan kimi FTX əməkdaşları mənzilə soxuldular. Zabitlər evdə axtarış apardılar və onlara məxsus elektron cihazları müsadirə etdilər. Bundan sonra ər-arvadı həbs etdilər.

Növbəti gün Ulyanovsk Vilayətinin Leninski Rayon Məhkəməsinin qərarı ilə Sergey Mısin məhkəməyədək həbsə alındı. Onun yoldaşı Natalya və digər üç qardaş isə ev dustaqlığına salındı.

Sergey Mısin 55 gün məhkəməyədək həbsdə, 123 gün isə ev dustaqlığında oldu. Natalya Mısina, Xoren Xaçikyan, Andrey Tabakov və Mixail Zelenski 50—55 gün ev dustaqlığında oldular.

15 may 2019-cu il tarixində səhər saatlarında FTX əməkdaşları Aleksandr Qaninin evində axtarış aparıb onu həbs etdilər. O, iki gün müvəqqəti saxlama kamerasında saxlanıldı.

Hal-hazırda altı təbliğçinin hamısına müəyyən məhdudiyyətlər qoyulub. Amma hakimiyyət orqanları onlara başqa cür təzyiq göstərməyə davam edir. Yerli hakimiyyət orqanları Mısinlər ailəsinin və Andrey Tabakovun bank hesablarını dondurub. Mısinlərin hesabında təxminən 500 000 rubl (6313 ABŞ dolları), Andreyin hesabında isə 600 000 rubl (7575 ABŞ dolları) məbləğində pul var idi.

Dua edirik ki, məzmurçunun növbəti sözləri Rusiyada imanlarına görə təqib olunan bacı-qardaşlara möhkəm qalmağa güc versin: «Allah gücümüz, pənahımızdır, dar gündə köməyə hazırdır» (Zəbur 46:1).

[Footnote]

a Tarix dəyişə bilər.