Kontentə keç

Soldan sağa, yuxarı cərgə: Aleksey Antyuxin, Sergey Bayev, Yuri Qalka, Valeri Qurski və Vitali Neruş. Aşağı cərgə: İqor Popov, Yevgeni Sokolov, Mixail Veselov və Anatoli Yaqupov

20 SENTYABR 2022
RUSİYA

Dözüm yaxşı bəhrələr gətirir

Dözüm yaxşı bəhrələr gətirir

Voronej Şəhərinin Levoberejnı Rayon Məhkəməsində tezliklə Aleksey Antyuxin, Sergey Bayev, Yuri Qalka, Valeri Qurski, İqor Popov, Vitali Neruş, Stepan Pankratov, a Yevgeni Sokolov, Mixail Veselov və Anatoli Yaqupovun işi üzrə qərar çıxarılacaq. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 13 iyul 2020-ci il

    Voronej və onun ətraf ərazilərində 100-dən çox Yehovanın Şahidinin evində axtarış keçirildi. 40-dan çox bacı-qardaş sorğu-sual olunmağa aparıldı. Yuxarıda adı çəkilən on qardaş müvəqqəti saxlama kamerasına salındı.

  2. 14, 15 iyul 2020-ci il

    On qardaş barədə məhkəməyədək həbs qətimkan tədbiri seçildi.

  3. 3 avqust—18 sentyabr 2020-ci il

    Sergey, Stepan, İqor və Anatoli qardaş həbsdən ev dustaqlığına buraxıldı.

  4. 1—3 dekabr 2020-ci il

    Aleksey, Yuri, Valeri, Vitali, Yevgeni və Mixail qardaş həbsdən azadlığa buraxıldılar. Sergey, Stepan, İqor və Anatoli qardaş ev dustaqlığından azadlığa buraxıldılar.

  5. 13 dekabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaşlar barədə məlumat

Rusiyadakı bacı-qardaşlarımızla fəxr edirik. Onların hər məsələdə Yehovaya güvənməsi və sınaqlara mətanətlə dözməsi gözəl bəhrələr gətirir (Yaqub 1:4).

a b Stepan Pankratovun şəklini əldə etmək mümkün olmayıb.