Kontentə keç

11 İYUL 2020
RUSİYA

Dennis Kristensen cəza kamerasından ümumi kameraya keçirilib

Dennis Kristensen cəza kamerasından ümumi kameraya keçirilib

11 iyul 2020-ci il tarixində Lqov həbsxanasının müdiriyyəti Dennis Kristenseni ümumi kameraya keçirib. Son 15 günü o, xüsusi cəza kamerasında keçirmişdi. Artıq məlumat verildiyi kimi, o, saxta ittihamlar əsasında cəza olaraq oraya salınmışdı. İndi o, ümumi kameradadır. O ruhdan düşmür. Dennisin vəkilləri son ittihamlara qarşı şikayət vermək niyyətindədirlər. Onlar ümid edirlər ki, bu, onun vaxtından əvvəl azadlığa buraxılmasına dair qərara təsir göstərməyəcək.