31 YANVAR 2019
RUSİYA
Dennis Kristensenin işi üzrə hökmün elanı 6 fevral 2019-cu il tarixinə təyin edilib
Oryol şəhər Jeleznodorojnı Rayon Məhkəməsində Dennis Kristensenin işi üzrə baxış yekunlaşıb və hakim iş üzrə hökmün elanını çərşənbə günü, 6 fevral 2019-cu il tarixinə təyin edib.
Dennis qardaş 25 may 2017-ci il tarixindən həbsdə saxlanılır. Cinayət işi üzrə məhkəmə 19 fevral 2018-ci il tarixində başlanıb. Dövlət ittihamçısı Dennis qardaş üçün altı il yarım həbs cəzası istəyib.
Bir il səkkiz aydan çox həbsdə olmasına baxmayaraq, Dennis qardaş müsbət əhval-ruhiyyəni qoruyub saxlayır, Yehovaya tam arxalanır və ümumdünya qardaşlığımızın dualarına görə minnətdardır (2 Salonikililərə 3:1, 2).