10 FEVRAL 2021
RUSİYA
Dennis Kristensenin növbəti ərizəsi rədd edilib
10 fevral 2021-ci il tarixində Kursk Vilayət Məhkəməsi Dennis Kristensenin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsini rədd edib. O xahiş etmişdi ki, həbs müddətinin yerdə qalan hissəsi cərimə ilə əvəz edilsin. Bir ildən çoxdur ki, onun belə hüququ var, amma indiyə qədər bütün ərizələri rədd edilib.
Bu yaxınlarda Dennis yoldaşı İrinaya yazdığı məktubda sevdiyi bir ayəni bölüşmüşdü: «Gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qalatiyalılara 6:9). O yazmışdı ki, əgər xeyirxahlıq etməyə, başqalarına kömək etməyə davam etsələr və təslim olmasalar, Yehova onları hökmən mükafatlandıracaq. Dennis məktubda həmçinin demişdi ki, həbsdən çıxanda imanının həbsdən əvvəl olduğundan daha möhkəm olmasını istəyir.
2017-ci ilin may ayından həbsdə olan Dennis təxminən dörd ildir ki, yoldaşından ayrıdır. Yehovaya güvənən və Ona sadiq qalmağa qəti qərarlı olan Dennis və İrina bizim üçün gözəl nümunədir (Filippililərə 1:14).