Kontentə keç

Dennis Kristensenin həbsxanada vəkilin ziyarəti vaxtı çəkilmiş şəkli (sentyabr 2020-ci il)

26 OKTYABR 2020
RUSİYA

Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciəti yenidən rədd edildi

Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciəti yenidən rədd edildi

26 oktyabr 2020-ci tarixində Lqov Rayon Məhkəməsi Dennis Kristensenin vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətini yenidən rədd etdi. O artıq üç ildən çoxdur ki, həbsdədir. Qərardan şikayət vermək üçün onun on gün vaxtı var. Dennis Kristensenə təyin edilmiş həbs cəzası məhkəməyədək həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 2022-ci ilin may ayında bitməlidir. Amma ötən ay həbsxana komissiyası onu məhkəmə qaydalarını «qəsdən pozan məhbus»lar siyahısına daxil etdi. Bu səbəbdən onun məhkəməyədək həbsdə keçirdiyi müddətin hesaba alınmaması təhlükəsi var və o, 2022-ci ilin may ayından sonra da həbsdə qala bilər.

25 may 2017-ci ildə həbsə salınandan Dennis Kristensen və onun həyat yoldaşı İrina çoxlu fiziki, mənəvi və emosional çətinliklər yaşayıb. Bununla belə, onlar sevinclərini itirmir və sonadək iman sınaqlarına tab gətirməyə qəti qərarlıdırlar. Bunu etməyə onlara bütün dünyadakı bacı-qardaşların etdiyi milyonlarla dualar kömək edir.