9 MART 2022 | YENİLƏNİB: 2 MAY 2024
RUSİYA
Dindaşları üçün dua etmək Kirill Quşşinə güc verir | YENİLƏNİB. QARDAŞA BƏRAƏT VERİLDİ
2 may 2024-cü il tarixində Kabarda-Balkar Respublikasının Mayski Rayon Məhkəməsi qardaşımız Kirill Quşşinin işi üzrə bəraət hökmü çıxarıb. Kirill bütün ittihamlar üzrə təqsirsiz bilinib.
Hadisələrin gedişatı
20 may 2020-ci il
Maskalanmış silahlı FTX əməkdaşları Kirill qardaşı işə gedən yerdə tutdular. Onu qandallayıb mənzilinə geri gətirdilər. Onu və yoldaşı Svetlananı bir otağa salıb evdə axtarış apardılar. Bu arada əməkdaşlardan biri yataq otağına və başqa bir otağa qadağan olunmuş nəşrlər atdı
26 aprel 2021-ci il
Yığıncaq görüşünü gizlicə audioyazıya alan bir qadının ifadəsindən sonra Kirill barədə cinayət işi açıldı. Onu dini nəğmələr oxumaqda, dua etməkdə və Müqəddəs Kitabdan 1 Korinflilərə 13:8 ayəsini müzakirə etməkdə ittiham etdilər. Həmin ayədə deyilir: «Məhəbbət heç vaxt tükənmir»
28 aprel 2021-ci il
Kirill qardaşa rəsmi ittiham aktı oxundu. Svetlana və başqa dörd bacı barədə ayrı cinayət işi açıldı
19 may 2021-ci il
Məlum oldu ki, vaxtilə Yehovanın Şahidlərinə qarşı cinayət işlərinin materiallarını saxtalaşdırmaqda təqsirli bilinən FTX əməkdaşı iş üzrə şahidlərə təzyiq göstərib. Yerli İstintaq Komitəsinin rəhbəri işi prokurorluğa qaytarmağı və hadisəni araşdırmağı əmr etdi
7 iyun 2021-ci il
Cinayət işinin materialları Mayski Rayon Məhkəməsinə göndərildi
Qardaş barədə məlumat
Kirill kimi, biz də əminik ki, Yehova onun üçün, eləcə də Rusiya və Krımda təqib olunan bütün bacı-qardaşlar üçün «dar gündə [sığınacaq]» olacaq (Zəbur 9:9, 10).